525.Az

Prezident Administrasiyasının şöbə müdiri partiya sədrləri ilə görüşdü

[01.07.20]
Prezident Administrasiyasının şöbə müdiri partiya sədrləri ilə görüşdü<b style="color:red"></b>

Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyev iyulun 1-də qeydiyyata alınan yeni partiya sədrləri ilə görüşüb.

Milli Vəhdət Partiyasının sədri Yunus Oğuz, Azərbaycan Milli Demokrat Partiyasının sədri və Ağ Partiyasının (əvvəlki Vahid Azərbaycan Partiyası) sədri Tural Abbaslı ilə keçirilən görüşdə, əsasən, koronavirus pandemiyası dönəmində siyasi partiyaların fəaliyyəti ilə bağlı məsələ müzakirə olunub.

Görüşdə həmçinin, ölkədaxili siyasi münasibətlər, gerçək siyasi dialoq mühitinin yaradılması kimi məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Tərəflər hakimiyyət və siyasi müxalifət təmsilçiləri arasında görüşlərin davamlı olmasının vacibliyini bildiriblər.

Qeyd edək ki, bir neçə gün öncə Milli Vəhdət Partiyası, Azərbaycan Milli Demokrat Partiyası və Ağ Partiyasının (əvvəlki Vahid Azərbaycan Partiyası) nazirliyə təqdim olunmuş təsis və digər sənədlərinə edilmiş dəyişikliklərin qanunvericiliyə uyğunluğu öyrənilib və qeydiyyata alınıb. Bununla bağlı partiyalara dövlət reyestrindən çıxarışlar verilib.


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Siyasət | Sosial | Haqqımızda | Əlaqə
© 2012 525.Az.