525.Az

Ana ölümlərinə görə 10 həkim işdən çıxarılıb

[21.02.13]
Ana ölümlərinə görə 10 həkim işdən çıxarılıb<b style="color:red"></b> Bu il Azərbaycanda baş verən 23 ana ölümü halının 2/3-si ilə bağlı inzibati tədbirlər görülüb. APA-nın məlumatına görə, bu barədə Səhiyyə Nazirliyinin (SN) Doğuşayardım Komissiyasının sədri Leyla Rzaquliyeva bu gün nazirlikdə keçirilən mətbuat konfransında bildirib.

O bildirib ki, ana ölümləri ilə bağlı bu il 11 ay ərzində 10 həkim işdən çıxarılıb, 72 tibb işçisi barəsində isə müxtəlif inzibati tədbirlər görülüb: “Bəzilərinə şiddətli töhmət verilib, bəziləri barəsində digər inzibati tədbirlər görülüb”.
 
L. Rzaquliyeva sonuncu – 24-cü ana ölümü ilə bağlı isə araşdırma aparıldığını qeyd edib.
Ölümlərin səbəbinə gəlincə, komissiyanın sədri deyib ki, ölümlər müxtəlif səbəblərdən baş verir: “Belə ki, hamilə qadınlar bəzi hallarda qeydiyyata durmurlar, müxtəlif özəl klinikalara müraciət edirlər. Həmçinin, onların müxtəlif xəstəlikləri olur, gizlədirlər”.
 


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Siyasət | Sosial | Haqqımızda | Əlaqə
© 2012 525.Az.