525.Az

Millimizin futbolçusu "Nürnberq"ə qol vurdu

[22.05.20]
Millimizin futbolçusu "Nürnberq"ə qol vurdu<b style="color:red"></b>

Almaniya II Bundesliqasında XXVII tura start verilib.

Apasport.az saytının məlumatına görə, Azərbaycan millisinin futbolçusu Dmitri Nazarovun formasını geyindiyi "Aue" səfər matçına çıxıb.

Aşağı pillələrdə qərarlaşan "Nürnberq"in qonağı olan "Aue" səfərdən 1:1 hesablı bərabərliklə dönüb. Qonaqların heyətində yeganə qola 51-ci dəqiqədə məhz Nazarov imza atıb. Start heyətində yer alan yarımmüdafiəçi hesabı açsa da, 63-cü dəqiqədə ev sahibləri avtoqol sayəsində məğlubiyyətdən qaçıblar. Nazarov qarşılaşmanın 66-cı dəqiqəsində əvəzlənib.

Qeyd edək ki, aktivindəki xalların sayını 38-ə yüksəldən "Aue" turnir cədvəlinin 5-ci pilləsində qərarlaşır.

 


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Siyasət | Sosial | Haqqımızda | Əlaqə
© 2012 525.Az.