525.Az

Azərbaycan və Rusiyanın XİN başçıları arasında telefon danışığı oldu

[22.05.20]
Azərbaycan və Rusiyanın XİN başçıları arasında telefon danışığı oldu<b style="color:red"></b>

Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov Rusiyanın Xarici İşlər naziri Sergey Lavrovla telefon bağlantısı yaradaraq, koronavirusla mübarizədə ikitərəfli əməkdaşlıq səylərini, habelə MDB çərçivəsində əməkdaşlığın gündəliyini müzakirə edib.

APA “TASS”-a istinadən xəbər verir ki, bu barədə Rusiyanın Xarici İşlər Nazirliyi məlumat yayıb.

“MDB-yə üzv dövlətlərin Xarici İşlər Nazirləri Şurasının 12 may 2020-ci il tarixli iclasının hazırlanması zamanı tərəflər gündəlikdəki bir sıra aktual məsələləri müzakirə ediblər”, - məlumatda belə deyilir.

Məlumata görə, “Ümumdünya Səhiyyə Assambleyasının 73-cü sessiyasının nəticələri fonunda koronavirus infeksiyası ilə mübarizədə qarşıdakı mövcud vəzifələr barədə də fikir mübadiləsi aparılıb”.


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Siyasət | Sosial | Haqqımızda | Əlaqə
© 2012 525.Az.