525.Az

İyunun 1-dən böyük ticarət mərkəzlərinin açılması gözlənilir

[22.05.20]
İyunun 1-dən böyük ticarət mərkəzlərinin açılması gözlənilir<b style="color:red"></b>

“İyun ayının 1-dən böyük ticarət mərkəzlərinin açılması gözlənilir”.

APA-nın məlumatına görə, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı bildirib.

R. Bayramlı deyib ki, çimərliklərin açılmasında da hər hansı problem görmürlər:

“Burada əsas məsələ sosial məsafənin gözlənilməsidir. Bununla bağlı müvafiq qaydalara riayət olunmalıdır. İdman tədbirləri də müzakirə olunur, 1 iyundan sonra bu barədə qərar veriləcək”.


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Siyasət | Sosial | Haqqımızda | Əlaqə
© 2012 525.Az.