525.Az

Əli Əsədovla İranın Birinci vitse-prezidenti arasında telefon danışığı oldu

[22.05.20]
Əli Əsədovla İranın Birinci vitse-prezidenti arasında telefon danışığı oldu <b style="color:red"></b>

Azərbaycanın Baş Naziri Əli Əsədovla İranın Birinci vitse-prezidenti İshaq Cahangiri arasında telefon danışığı olub.

APA-nın Tehran bürosunun məlumatına görə, telefon danışığı zamanı tərəflər Azərbaycan və İranın yeni növ koronavirus (COVID-19) infeksiyası ilə mübarizə sahəsində əməkdaşlığının artırılması haqda müzakirə aparıblar.

Ə. Əsədov Ramazan bayramı münasibətilə İran xalqını və dövlətini təbrik edib. O bildirib ki, bu gün 120 İran vətəndaşı Astara sərhədi ilə ölkələrinə qayıdacaq.

Azərbaycanın Baş Naziri vurğulayıb ki, koronavirusa görə yaranmış məhdudiyyətlərə baxmayaraq, iki ölkə arasında tranzit yüklərinin daşınması artıb.

Astara çayı üzərində körpünün tikintisi üçün iki ölkənin ekspertləri arasında müzakirələrin aparıldığını deyən Ə. Əsədov qeyd edib ki, iyun ayının əvvəlində layihənin təməli qoyulacaq.

İ. Cahangiri də öz növbəsində Ramazan bayramı münasibətilə Azərbaycan xalqını və dövlətini təbrik edərək iki ölkə arasındakı müştərək layihələrin icrasının zəruriliyindən danışıb: “Heç şübhəsiz Tehran və Bakı arasında müxtəlif sahələrdə enerji, nəqliyyat və digər sahələrdə əlaqələri inkişaf etdirmək bölgədə sülh və sabitliyin genişlənməsinə səbəb olacaq”.

Birinci vitse-prezident bütün ölkələrin koronavirusdan təsirləndiyini qeyd edib.

O, İran vətəndaşlarının ölkəyə qayıtmasında göstərdikləri dəstəyə görə Azərbaycan hökuməti və dövlətinə təşəkkür edib.


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Siyasət | Sosial | Haqqımızda | Əlaqə
© 2012 525.Az.