525.Az

Apelyasiya instansiyası məhkəməsinin səlahiyyətinin artırılması təklif olunur

[22.05.20]
Apelyasiya instansiyası məhkəməsinin səlahiyyətinin artırılması təklif olunur<b style="color:red"></b>

Apelyasiya instansiyası məhkəməsinin səlahiyyətinin artırılması təklif olunur.

Bununla əlaqədar Cinayət-Prosessual Məcəlləsinə dəyişiklik təklif olunur.

Qüvvədə olan qanunvericiliyə əsasən, apelyasiya instansiyası məhkəməsi Cinayət-Prosessual Məcəlləsi ilə müəyyən edilmiş qaydada və hallarda birinci instansiya məhkəməsinin qanuni qüvvəyə minməmiş hökmündən və ya digər qərarından verilmiş şikayət və ya protestlərə baxmaq səlahiyyətinə malik olan məhkəmədir.

Layihəyə əsasən, apelyasiya instansiyası məhkəməsi səlahiyyətləri sırasına xarici dövlətlərin məhkəmələrinin hökmlərinin və ya digər yekun qərarlarının tanınması üzrə icraat qaydasında verilmiş müraciətlərə baxılmasının əlavə olunması təklif edilir.


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Siyasət | Sosial | Haqqımızda | Əlaqə
© 2012 525.Az.