525.Az

Masonların mağarası

[14.10.12]
Masonların mağarası<b style="color:red"></b>

Dünyanın öndə gedən masonlarının hər ilin mart ayında görüşdükləri yer məlum olub. Masonların ildə bir dəfə Qüdsdə yerin metrələrlə altındakı Zedekiah mağarasında toplandığı ortaya çıxıb.

525.az-ın Türkiyə mediasına istinadən verdiyi məlumata görə, köhnə Qüdsdəki Şam və Horotz qapılarının ortasında və yerin 230 metr altında yerləşən mağara 20 ildir masonlar üçün vazkeçilməz yerlərdəndir.

Mason toplantısın təşkil olunduğu mağaranın bir tərəfində “Müqəddəs Masonlar Salonu” yazılmış tablo diqqət çəkir. Tavanında masonik işarələrin və ibrani dilində yazıların da olduğu mağarada dünyanın fərqli bölgələrindən 200-ə yaxın masonun ildə bir dəfə toplandığı iddia edilir.

Gizliliyi qorumaq üçün hər il toplantı vaxtını dəyişdirilən masonların toplantı günü mağara ziyarətçilər üçün qapalı olur. İddialara görə, dünyanın çox önəmli 200 masonu gələn il eyni məkanda yenə də dünyanın gələcəyini planlaşdıracaqlar.

RAMİQ


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Siyasət | Sosial | Haqqımızda | Əlaqə
© 2012 525.Az.