525.Az

Uşaq dünyası - bugündən başlayan gələcək

[14.10.12]
Uşaq dünyası - bugündən başlayan gələcək<b style="color:red"></b>

hüquq elmləri namizədi

 

- Ana, mən Günəş istəyirəm!

Oyuncaq istəmək yaşında olan oğlum Aminin dediklərindən. (G.İ.)

İnsanın uşaqlıq zamanı formalaşan bünövrəsi gənc bir ağacın gövdəsində qazılmış hərflərə bənzəyir, onunla birlikdə böyüyərək ayrılmaz bir hissəsini təşkil edir.”

Viktor Hüqo

 

Finlandiyada uşaqlara münasibətlə bağlı məsələyə daha öncəki yazılarımızdan birində toxunmuşduq. Bu aktual mövzuya bir daha qayıtmamızın səbəbi son günlərdə ölkədə baş vermış yeni insidentlə bağlıdır. Rusiyanın kütləvi informasıya vasitələrini bir-birinə qarışdıran xəbərə görə sentyabrın əvvəllərində Finlandiyanın sosial xidmət orqanları Vanta şəhərində yaşayan  Anastasiya Zavgorodnaya adlı rus qadının 4 uşağını ailədən alaraq uşaq evinə yerləşdirmişlər. Buna səbəb ailənin 6 yaşlı qızının məktəbdə müəlliminə atasının onun arxasına vurduğunu deməsi olmuşdur. Uşaqdan bu xəbəri eşidən müəllimə bu barədə sosial xidmət orqanına məlumat vermiş, bu orqanın nümayəndələri əvvəlcə ailənin 3 uşağını, son günlərdə isə yenicə doğulmuş, cəmi bir həftəlik olan 4- uşağı da ailədən almışlar.

Finlandiyada yaşayan ruslara bəzən hüquqi məsələlərdə yardım etdiyimdən baş verən bu problemlə az-çox tanışam ona münasibətimi bildirmək istərdim. Əslində Finlandiyada uşaqların hüquqlarının müdafiəsi sahəsində siyasət birmənalı şəkildə sərtdir. Bunun da öz səbəbləri var. Bu ölkənin müvafiq sahəyə cavabdeh olan strukturları, yəni sosial xidmət uşaqları müdafiə orqanları ilk növbədə uşaqların hüquqlarının mənafelərinin müdafiəsini göz önündə tutaraq lazım gəldiyi anlarda yuxarıda haqqında bəhs etdiyim ailədə olduğu kimi kifayət qədər radikal tədbirlərə əl atırlar. Uşaq, yaşının azlığı üzündən hüquqlarını bilmədiyi, həm özünü müdafiə etmək  iqtidarında olmadığı üçün dövlət ona lazım olan himayəni onun üçün təhlükəsiz həyatı təmin etməyi öz öhdəsinə götürür. Əslində bu öhdəliklər dünyaya övlad gətirən hər bir valideynin ilkin vəzifəsi olmalıdır. yazıq ki, əksər valideynlər üzərlərinə düşən o müqəddəs məsuliyyətli missiyanı yerinə yetirə bilmirlər. Valideynin övladına insan kimi hörmət edərək böyütməsi tərbiyələndirməsi onun müqəddəs borcudur. Heç bir insanın vətənini, valideynlərini, doğulacağı zamanı, məkanı, kimliyini, ad soyadını seçmək şansı yoxdur (“Seçilən bəndədir, seçən Allahdır”).


Şansı olmadıqlarından da onlardan izinsiz xəbərsiz onların dünyaya gəliş missiyasını üzərinə götürmüş valideynlər, sadəcə dünyaya gəlmələrilə kifayətlənməyib milli kimliyi ilə qürur duya bilmələri üçün bu uşaqlara normal həyat şərtləri yaratmağa da borcludurlar. Bu, həm hər şeydən xəbərsiz dünyaya gələn insan, həm insan nəslinin artırılması üçün yeganə dürüst yoldur. Yenə təkrarlayıram, amma yazıq ki, bəzən arzu olunan insan kimi doğulmaq hər kəsə qismət olmur. Uyğun olmayan zamanda məkanda doğulan çox körpə, zamansız gəlişiylə ana ata etdiyi adamlar üçün sevincə yox, ağır bir yükə çevrildiyindən valideyn adına layiq olmayanlar ondan insafsızcasına imtina edir, qəzavü-qədər deyilənin ümidinə buraxırlar. Uşaqlar yalnız valideynlərinin məsuliyyətsizliyinin nəticəsində deyil, həm ailələrində baş verən başqa faciəvi hadisələrin nəticəsində kimsəsiz qalırlar. Beləcə ana ata nəvazişindən məhrum olan yavruların məskənləri- uşaq evləri həyatı qaçınılmaz olur. Onlar o kiçik ürəklərində hansı ağır nisgilləri, dərdləri daşıyırlar, onu biz yox, onlar bilirlər. Amma bu ağrılı hər zaman aktual olan mövzuya indiki yazımızda toxunmaq istəmirik. Çünki bu, kifayət qədər geniş bir mövzudur. Bu yazıda Finlandiyada uşaqların müdafiəsi ilə bağlı bəzi məsələlərə ziddiyyətli fikirlər oyadan aspektlərə toxunmaq daha doğru olardı. Yuxarıda da qeyd edildiyi kimi son zamanlarda bu ölkənin sosial xidmət uşaqları müdafiə oqranları kifayət qədər radikal tədbirlərə əl atırlar. Əslində bunun obyektiv səbəbləri var. Son bir ildə baş vermiş bir neçə qorxunc cinayət, cəmiyyətdə uşaqları müdafiə  orqanlarına qarşı hiddətin yaranmasına səbəb oldu.

Cinayətlərin xronikasına nəzər salsaq tükürpədici hadisələrlə qarşılaşarıq: Ölkədə son bir ildə 7 ailə cinayəti baş vermiş bu cinayətlərdə 19 nəfər  qətl edilmişdir ki, onlardan 12 nəfəri uşaqdır. Ailə cinayətlərinin arxasında duran problemlər əsasən ruhi sağlamlıqla bağlı problemlər, qısqanclıq spirtli içkilərə aludəlikdir. Son bir il ərzində baş vermiş bütün ailə cinayətlərindən ətraflı bəhs etməyə ehtiyac görmürəm. Ancaq bir neçə fakta toxunmaq da yerinə düşərdi. Bu yaxınlarda 8 yaşlı köməksiz bir qızcığaz məsuliyyətsiz bir atanın ögey ananın insanlıqla bir araya sığmayan qəddar  əməlinin qurbanı oldu. Qızının xarakterinə dözməyən bu insan görkəmində olan məxluqlar(başqa söz yazmağa əlim gəlmir) səsini kəsmək üçün saçlarından ayaqlarına qədər başdan başa izolentlə sarıyıb onu canlı haldamumiyalayaraqayrı bir otağa salmışlar. Bir neçə saatdan sonra baxdıqlarında talesiz, zavallı qızcığazın havasızlıqdan boğularaq öldüyünü görmüşlər. Bu hadisəni hər hansı bir şəkildə şərh etmək iqtidarında deyiləm. Bildiyim bir həqiqət var ki, ruhi cəhətdən normal insan belə bir qəddarlığa yol verə bilməzdi. Amma o uşağa belə divan tutan bir yox, iki nəfər olub. Bu məxluqların ikisidəmi ruhi xəstədir? Bəlkə . Onu artıq başlamış cinayət işinin istintaqı göstərəcək.

Keçən ilin dekabr ayında Vanta şəhərində qorxunc bir ailə cinayəti törədilmişdi. Ailədə mövcud olan problemlər üzündən sosial xidmət orqanları 8 5 yaslarında olan iki uşağı ata-anasından ayıraraq müvafiq uşaq evinə yerləşdirmişdilər. Vaxtaşırı həmin orqanın nümayəndələrinin müşayiəti ilə uşaqları valideynləri ilə görüşdürürdülər. Növbəti görüş başa çatınca uşaqları gətirən sosial xidmət orqanının nümayəndələri onları alıb aparmaq üzrə valideynlərin yaşadıqları mənzilin qapısından çıxdıqları əsnada mənzilin qapısı onların arxasınca bağlanmış bayıra çıxmaq istəyən uşaqlar içəridə qalmışlar...(Hadisələrin sonluğu ağlasığmazdır). Mənzilə geri qayıtmağa cəhd edən məmurlar buna müvəffəq olmayınca polisə xəbər vermişlər. Polis onlara qapının ehtiyat açarını almaq üçün mənzil istismar idarəsinə müraciət etmələrini məsləhət görmüşdür. Amma onlar buna nail ola bilməyib yenidən polisi aramışlar. Polis əməkdaşları evin qapısını açmağa müvəffəq olanda isə dəhşətli bir mənzərənin şahidi olublar. Atası uşaqlarını həyat yoldaşını da amansızcasına qətlə yetirmiş indi özünə qəsd etməyə çalışır. Polis cani atanı həbs etsə artıq gec idi, çünki olanlar olmuşdu. Bu hadisə cəmiyyətdə ziddiyyətli fikirlər oyatdı: Polis həddindən artıq ləng hərəkət etməsəydi belə bir faciə   baş verməzdi. Qəribəsi budur ki, sərxoş halda ictimai yerlərdə qaydanı pozan şəxsləri ram etmək üçün ya ərzaq dükanından bir şüşə içki oğurlayan qanun pozucusunu yaxalamaq üçün dəvət edilən polis anında  hadisə yerinə tələsdiyi halda, o qorxunc cinayətin baş verdiyi mənzilə vaxtında müdaxilə etməyə gecikmişdı. Bəlkə bunun səbəbini uşaqların atasının hadisədən öncəki görüş boyunca özünü kifayət qədər təmkinli adekvat aparmasında, gələcək təhlükədən xəbər verəcək anormal bir hadisənin olmamasında axtarmaq daha doğru olardı. mənzilin bağlı qapısı önündə gözləyən məmurlar, polis əməkdaşları atanın belə qorxunc bir qətlə yol verəcəyini  ağıllarına belə gətirməmişdilər.

Bu hadisə normal olaraq cəmiyyətdə bütün diqqəti sosial xidmət uşaqları müdafiə orqanlarına yönəltdi. Necə olmuşdu ki,üç üzvü qətl edilən bu ailə ilə müntəzəm işləyən  orqanların əməkdaşlarından heç kim belə bir faciənin baş verəcəyinin ilkin bəlirtilərini sezə bilməmişdi. O günlərdə ölkənin daxili işlər naziri Pəivi Rəsənen bu hadisəyə münasibət bildirərək demişdi: “Bütün cəmiyyətin ailələrə dəstəyi şəbəkəsi gücləndirilməlidir, çünki ailələrdə olan krizislər nəticə etibarilə ailə cinayətləri kimi faciələrə gətirib çıxarır”. İnanmaq çətin olsa da öz doğma övladlarına belə qəddarlıqla divan tutan valideynlər var. Ona görə sosial, psixoloji problemləri olan ailələr uşaq bağçalarının, məktəblərin müəllimlərinin, sosial xidmət uşaqların hüquqlarını müdafiə orqanlarının daimi nəzarəti altındadırlar. Hətta bu nəzarət cəmiyyətin bütün təbəqələrində mövcuddur. Hər hansı bir  valideyn uşağına ictimai yerdə fiziki zorakılıqla bağlı hərəkət etsə hətta onun qonşuluğunda yaşayan sakinlər müvafiq orqanlara məlumat verirlər. Amma təəssüf ki, cəmiyyətdə bu məsələyə belə ciddi əhəmiyyət verildiyi dövlət strukturları kifayət qədər diqqətlə maraqlandığı halda uşaqlara qarşı zorakılıq əməllərinin qarşısını almağa hələ ki, müvəffəq olunmayıb. Dövlətin müvafiq orqanlarının uşaqları himayə edərək amansız valideynlərindən qorumaq istəməsi təbii ki,  təqdirəlayiq haldır. Amma bəzən uşaqlar dövlətin onlara olan bu himayəsindən sui-istifadə edərək valideynlərini şantaj etmək qorxutmaqdan da çəkinmirlər. Bu da istər-istəməz cəmiyyətdə uşaqların qorunması ilə məşğul olan orqanlara qarşı ziddiyyətli münasibətin formalaşmasına gətirib çıxarır. Tədris müəssisələrində tərbiyəçilərdən, müəllimlərdən valideynləri tərəfindən fiziki təzyiqlərə məruz qaldıqları təqdirdə müvafiq uşaqları müdafiə orqanlarına, hətta polisə belə müraciət etmək hüquqlarının olması barədə təlimat alan uşaqlar bəzi hallarda bundan valideynlərinə qarşı istifadə edərək onlara öz iradələrini qəbul etdirməyə çalışırlar. Hüquqi yardım etdiyim bir rus əsilli ailənin timsalında buna şəxsən şahid olmuşam.

14
yaşlı bir oğlan atası tərəfindən nəzarət altında tutulurmuş. Ata övladına yaxşı gələcək təmin etmək üçün onu dərslərinə məsuliyyətlə yanaşmağa, klassik rus ədəbiyyatını oxumağa, idmanla məşğul olmağa sövq edir, saatlarla kompüter qarşısında vaxt itirməsinə dostları ilə küçələrdə gəzib-dolaşmasına mane olurmuş. Oğul atasının iradlarına məhəl qoymayınca o, cəza tədbiri olaraq onu kompüterdən məhrum etmiş, sonra mobil telefonunun xərclərini ödəmək istəməmiş, bunların bir səmərə vermədiyini görüncə isə onu Rusiyadakı internat məktəblərindən birinə göndərəcəyi ilə hədələmişdir. Bundan qorxuya düşən oğul sinif yoldaşının təklifi ilə atasından intiqam almaq qərarına gəlmişdir. Məktəbdə müəlliminə atasının onu müntəzəm olaraq qayışla döydüyünü xəbər vermişdir. Bundan dəhşətə gələn müəllim gecikmədən sosial xidmət orqanına məlumat çatdırmışdır. Sosial xidmət orqanının əməkdaşları dərhal araşdırmaya başlayırlar. Oğlanla valideynləri ilə ayrı-ayrılıqda söhbətlər aparılır. Atasını qorxutmaq üçün yalan uydurmuş yeniyetmə yalanı davam etmək qərarına gələrək sosial xidmət orqanının məmuruna da atasının onu müntəzəm olaraq döydüyünü xəbər verir. Nəticədə oğlanın ailədən alınaraq uşaq evinə yerləşdirilməsinə qərar verilir. Həm ailəyə oğlanın heç özünə öncədən xəbər vermədən məktəbdə dərslər bitincə birbaşa uşaq evinə aparılır. Oğlunun evə gəlmədiyindən nigaran qalmağa başlayan valideynlərə isə bir qədər sonra bu haqda məlumat verilir. Bütün bunlarla da kifayətlənməyib eyni vaxtda sosial xidmət orqanı polisə cinayət faktının olması barədə xəbər çatdırır oğlanın atası barəsində cinayət işi başlanır.

Bu mərhələdə danışdığı yalanla qədər irəliyə getdiyini anlayan oğlan peşman olaraq sosial xidmət orqanının məmuruna bu haqda desə artıq inandırıcı görünmür. Beləcə uzun aylar boyunca sosial xidmət uşaqları qoruma orqanları ailəni nəzarət altında saxlayır, oğlan yalan dediyini etiraf etdikdən israrlı təkidlərdən sonra uşaq evindən geriyə-evinə qayıda bilir. Amma polisin ibtidai istintaqı, oğulun zərərçəkmiş  şəxs qismində,atanın döymə cinayətində şübhəli şəxs kimi cinayət məsuliyyətinə cəlb edilərək dindirilməsi ailənin hüzurunu sakitliyini tam bir illiyinə pozur. Daimi stress, əsəbilik, inciklik şəraitində ailə aylar boyunca həqiqəti sübut etmək üçün çalışır. Bu məsələ hələ tam həllini tapmayıb. İbtidai istintaq tamamlanmaq üzrədir yaxşı halda cinayət işi əməldə cinayət tərkibinin olmaması nəzərə alınaraq xitam ediləcək ailə bu problemi həmişəlik unudacaq.(Unudacaqmı?) Pis ehtimalla istintaq materialları prokurorun ittihamnaməsi əsasında məhkəməyə göndəriləcək.

Göründüyü kimi  dövlətin müvafiq orqanlarının uşaqlara göstərdiyi himayə uşaqların mövqeyindən baxıldıqda çox lazımlı əhəmiyyətlidir. Amma bəzi hallarda bunun əks təsirləri özünü büruzə verir. qədər qəribə olsa belə qayğı ilə əhatə olunaraq toxunulmaz böyüdülən uşaqlar  bir az böyüyüncə valideynlərini saymırlar, onlara hörmət etmirlər. Yaşlı nəsilə qarşı münasibət soyuq etinasızdır. Yeri gəlmişkən bir neçə il öncə şahidi olduğum bir hadisəni paylaşmaq istərdim. Metro stansiyalarından birində qatara mindiyim zaman yaşlı bir qadının gənc bir oğlanla çox əsəbi halda mübahisə etdiyini gördüm. Qadının dediyi hər sözə çox kobud nalayiq bir şəkildə cavab verən gəncə artıq söz tapıb deyə bilməyən qadın ancaq onu deyə bildi ki, yaşlılara qarşı belə mədəniyyətsizlik ancaq bizdə var. Nəyə görə şəhərimizdə yaşayan şərqlilər, hətta ruslar estonlar belə yaşlılara qarşı ehtiramla yanaşırlar, nəqliyyatda hətta məni görüncə ayağa qalxıb yer verirlər? Ancaq belə davranışı bizim öz fin gəncimizin birində görmədim. Qadını sakitləşdirməyə çalışdım dedim ki, biz yaşlılara bilirsiniz niyə ehtiram göstəririk?

Bir gün biz qocalacağıq. Təəssüf doğuran o oldu ki, qadının o gənclə mübahisəsi zamanı ətrafda olanlardan kimsə səsini çıxarib bir söz belə demədi.  Ona görə mən qadına müraciət edib danışınca yavaş səslə mənə dedi ki, görünür, uşaqlarımızın  belə olmasında biz özümüz günahkarıq. Ona deyə bilərdim, haqlı idi. Bu yerdə Anton Makarenkonun çox ibrətamiz sözləri yada düşür: “Bizim uşaqlarımız qocalığımızdır; düzgün tərbiyə xoşbəxt gələcəyimiz, pis tərbiyə  gələcək dərdimiz, göz yaşımız, digər insanlar bütün ölkə qarşısında təqsirimizdir”. Makarenkonun bu ibrətamiz ifadəsinə kiçik bir əlavə etmək istərdim. Uşaqlara verilən pis tərbiyə yalnız ölkə qarşısında deyil, bütün insanlıq  qarşısında edilmiş təqsirli bəd əməldir.

Gülzar İsmayıl

<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Siyasət | Sosial | Haqqımızda | Əlaqə
© 2012 525.Az.