525.Az

Ciddi problem

[14.10.12]
Ciddi problem<b style="color:red"></b>

- Məktəbimiz vaxt hazır  olacaq?

- Bütün  yayı  işləməyiblər. Elə 3-4 nəfər oturub orda.

- İndi 10-15 nəfər olur.

- Gedirik bizi qovurlar, ya  da  ələ  salırlar, “daha  bu  məktəbdə oxuya bilməyəcəksinizdeyirlər.

- Şikayət  edək.

- Belə olar? 5-ci aydı məktəb necə var, elə qalıb.

- Ay müəllim, bizi ələ salırlar.

- Plakatlar yazaq, mitinq eliyək.

- Yox, aclıq  edək.

Yasamal  rayonu 31 nömrəli məktəbin

 şagirdlərinin valideynlərin dedikləri

 

, bu da mövzu. Bu da problem. Gəlin birlikdə  çözək. Cənab prezidentin gözəl sərəncamı var. Hedər Əliyev Fondunun gözəl işləri var. Çox gözəl. Məktəbləri, uşaq müəssisələrini əsaslı təmir etmək. Hamı bilir, hamı sevinir. İş qalır  buna rəhbərlik edənlərə, yəni işi görənlərə. Necə təmir edirlər, vaxta təmir edirlər? Bax, bunu dəqiq bilmirdim. Sadəcə, sevinirdim hamı kimi. Yox, indi sevinirəm, axı, məktəbimiz  təmir olunur. Amma...İndi bunun əmması  var. İyunun birindən məktəbi necə söküblərsə, eləcə  qalıb. Heç bir mərtəbəyə suvaq  vurulmayıb. Dərs ilinin əvvəlinə, yəni sentyabrın 15-  təhvil verilməli məktəbin hələ bir sinif otağı da hazır deyil. Məktəbin işçiləri bütün yayı gediblər, mən özüm getmişəm. Bir kəlmə söz deyən kimi onların guya rəhbəri olanlar (birinin  adı Mirzədi) adamı az qalır döysün, söysün, qolundan tutub küçəyə atsın. Ha istədim onları yumşaldım ki, ay qardaş, ay yoldaş, ay oğul, ay ata,  15 nəfərlə məktəb təmir eləmək olmaz, axı, neçə ailə, neçə uşaq, neçə müəllim narahat olur, çətindi. Axı, buna pul ayrılır, ən azı yüz fəhlə  işləməlidi... Kimə deyirsən? Adama elə bozarırlar: “Sizə var? Pul bizimdi, necə istəyirik elə xərcləyirik”. Yəni o qədər işçi  tuturuq. Siz bir düşünün, 3-4 aya görülməli işi bir ilə  görürlər. Puldu da yazırlar, pozurlar, hesablayırlar... Axır ki, xərcləyirlər. Bir var üç  ay, bir var bir il. Bu qədər pulu üç aya necə xərcləsinlər? Etiraz edirsən ki, axı pul təmirə görə verilir, fəhlə tutun, pullarını  verin, işlədin...  Sözünü ağzında  qoyurlar. İstəyirsən  malakeşi götürüb üz-gözlərini, ağızlarını  malalayasan. Necə ki, onlar təhlükəsizlik qaydalarını təmin etmədiklərindən cavan bir fəhlənin ölümünü malalayıblar. Adam bir az da  bunlardan  qorxur. Yoxsa əlbəyaxa döyüşərdik. Onların   vecinə. Biz  müəllimik, arada  şagirdlərimiz var. İndi müəllimli, şagirdli, valideynli qalmışıq çarəsiz. Bilmirik neyləyək, necə eliyək?..

Valideynlər bizdən əl çəkmir, elə bil günahkar  müəllimlərdi. Deyirəm bir süpürgə puluna görə  aləmi bir-birinə qatarsız, zəng eləməyə, şikayət  eləməyə yer taparsız. İndi niyə bizdən soruşursuz? Bu narahat olan uşaqlar təkcə bizimdi bəyəm? Hirslənirəm. Burda məni sakitləşdirirlər: “Siz əsəbləşməyin. Şikayət edəcəyik, hara lazımdı  məktub, ərizə  yazacayıq”. İndi mən bilmirəm  onlar  neyniyiblər, xəbərim  yoxdu. Sadəcə,  məktəbləri, müəllimləri sevən, elə hey onlardan danışan bütün KİV nümayəndələrinə çox ciddi mövzu-problem verirəm. İstəyirəm onların  hamısı bu barədə yazsın, sujetlər  hazırlasın. Bəlkə köməyi oldu. Heç olmasa payız tətilindən sonra məktəb hazır oldu. deyirsiniz, razısınız? Lap gözəl! Elə isə sizi gözləyirik!

P.S. Söhbət prezidentin sərəncamından gedir. Bir arada uşaqlar var - UŞAQLAR! Onların  hüququ, rahatlığı pozulur. Təmirə guya rəhbərlik  edənlərin laqeydliyini,üzlərindəki ifadəni bir  görsəniz... Əllərində milyonlar var, dünya veclərinə deyil. Adam elə əsəbləşir ki, o saattəmir pulu, süpürgə puluyığan müəllimlər yadına düşür...

 

 Kəmalə ABİYEVA

Kabiyeva@yahoo.com

Kamalə Abiyeva

<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Siyasət | Sosial | Haqqımızda | Əlaqə
© 2012 525.Az.