525.Az

Suriya Türkiyə ilə dialoqa girməyə razılıq verdi

[14.10.12]
Suriya Türkiyə ilə dialoqa girməyə razılıq verdi<b style="color:red"></b>

Rəsmi Dəməşq baş verən son olaylarla əlaqədar vəziyyəti sabitləşdirmək üçün Türkiyə ilə dialoqa girməyə razılıq verib.

525.az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, bu haqda Suriyanın Xarici İşlər Nazirliyi rəsmi açıqlama yayıb. İlk dəfə olaraq Rusiyanın RİA agentliyi tərəfindən yayılan məlumatda Dəməşqin bu addımı atmasında Rusiyanın təpkisinin olması qeyd olunub. İki ölkənin sərhədində baş verən olaylardan narahatlığını dilə gətirən Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov tərəfləri dialoqa səsləyib.

RİA-nın verdiyi informasiyalarda cari ayda Türkiyə-Suriya sərhədində baş verən hadisələr də işıqlandırılıb.

Qeyd edək ki, son zamanlar Rusiyadan Suriyaya dəniz yolu ilə silah axınında da müəyyən əngəllər yaranması hökumətin durumunu daha da ağırlaşdırıb.

Nigar Məhərrəm


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Siyasət | Sosial | Haqqımızda | Əlaqə
© 2012 525.Az.