525.Az

Yaş altmışdır...

[14.10.12]
Yaş altmışdır...<b style="color:red"></b>

(Tənqidçi-ədəbiyyatşünas Şirindil Alışanlı da bu yaşa gəlib çatdı)

 

Biz eyni ədəbi nəslin nümayəndələri idik. Yetmişinci illərin ortalarında ədəbiyyata gəlmişik bu nəslin nümayəndələrindən ikisi-Aydın Məmmədov Nadir Cabbarlı neçə  il öncə dünyalarını dəyişmişlər, qalanları isə -Kamil Vəli Nərimanoğlu, İsa Həbibbəyli, Kamal Abdulla, Vilayət Quliyev,  Cahangir Məmmədli, İlham Rəhimli,  Məryəm Əlizadə, Rəhim Əliyev, Qurban Bayramov, Zaman Əsgərli, Rahid Ulusel, Nizaməddin Şəmsizadə, Arif Əmrahoğlu, Nizami Cəfərov indi yazıb-yaradırlar. Kamil Vəli dahi Füzuli yaradıcılığına yeni bir baxış bucağını əks etdirən monoqrafiya yazıb, İsa Həbibbəyli ardıcıl olaraq Mirzə Cəlil yaradıcılığını tədqiqlə məşğuldur, ədəbi portretlər yazmaqda davam edir, İlham Rəhimli teatr tarixinin işıqlandırılmamış səhifələrini aşkarlayır, Rahid Ulusel qloballaşma mövzusunu fəth etməkdədir, Nizaməddin Şəmsizadə XX əsrin görkəmli şəxsiyyətlərinə aid xeyli məqalələr çap etdirir, Rəhim Əliyev üzünü Nəsimi dövrünə tutur s.. Nizami Cəfərov Arif Əmrahoğlu qardaşlarımız isə tənqidə nadir hallarda müraciət edirlər. beləliklə, hamının dilində az qala əzbər bir kəlama çevrilən bir söz meydana gəlir: “ƏDƏBİ  TƏNQİD  YOXDUR!. Əlbəttə, bu məsələdə kimsəni qınamaq olmaz. Yaxşı ki, bu nəslin ardıyca gələn, artıq bir ədəbi nəsil kimi formalaşan Tehran Əlişanoğlu, Əsəd Cahangir, Cavanşir Yusifli, Nərgiz Cabbarlı, Bəsti Əlibəyli, Elnarə Akimova kimi tənqidçilər var onlar Azərbaycan ədəbi tənqidində açıq-aşkar nəzərə çarpan boşluğu doldurmağa cəhd edirlər.

Mən bizim tənqidçi nəslindən söz açanda bir həmkarımızın - Şirindil Alışanlının  adını sonraya saxladım. Səbəbi budur ki,  bu yaxınlarda Şirindil AlışanlınınƏdəbi-bədii düşüncənin sərhədləriMüasir humanitar təfəkkür Azərbaycan ədəbiyyatşünaslığıadlı iki yeni  kitabı işıq üzü görüb onu yaxından tanıyan, yaradıcılığını daim izləyən söz adamlarından biri kimi mən buna ürəkdən sevinirəm. Ona görə sevinirəm ki, Şirindilin birinci kitabındakı məqalələrin əksəriyyəti sırf tənqidi məqalələrdir bu yazıların bəzilərinin tarixi yetmişinci, səksəninci illərə aparıb çıxarsa da, hər halda, ədəbi tənqidin varlığı barədə müəyyən təsəvvür yaradır. Ədəbi tənqidin heç ürək açmayan mənzərəsində hərdən belə kitabların işıq üzü görməsi məncə, yaxşı bir hadisədir. Çünki Şirindil Alışanlıədəbi tənqidadı ilə tərif tost dolu yazılarını mətbuatda çap etdirən bəzi qələm sahiblərindən deyil, sözün həqiqi mənasında görkəmli ədəbiyyatşünas olduğu qədər , həm tanınmış tənqidçidir  onu da qeyd edim ki, onun tənqidçiliyi ədəbiyyat nəzəriyyəçiliyi ilə sıx vəhdətdədir. Çünki  Şirindil bir sıra həmkarlarından fərqli olaraq həm mükəmməl bir ədəbiyyat nəzəriyyəçisidir. Yəni Azərbaycan ədəbiyyatının nəzəri problemləri ilə ardıcıl məşğul olur onun bu sahədə fəaliyyəti qətiyyən tənqidçiliyinə, müasir ədəbi prosesi qiymətləndirməyə, nəsrimizdə, poeziyamızda baş verən yenilikləri dəyərləndirməyə qətiyyən mane olmur.

Bu yazını qələmə alanda qarşıma belə bir məqsəd qoymuşdum ki, söhbət Şirindil Alışanlının altmış illiyindən gedəcək. Mən onunla bağlı düşündüklərimdən söz açacağam. Ən azı qırx illik dostluğumuzdan fraqmentlər canlandıracağam. Ancaq Şirindildən danışanda onun ciddi ədəbiyyatşünas-tənqidçi-nəşriyyat direktoru-şöbə müdiri obrazı gəlib durdu gözlərimin qarşısında.

Şirindil Hüseyn Arifin poeziyasının heyranlarından biridir. Hüseyn ArifinYaş altmışdıradlı bir şeiri var mən heç bir tərəddüd eləmədən həmin şeirdən bir  bəndi qoyuram Şirindil Alışanlının ovcunun içinə :

     

Uşaqlıq quş kimi uçdu əlimdən,

Cavanlıq car çəkib,

köçdü elimdən,

deyim, yazım

öz taleyimdən,

Bu qovhaqovdu,

bu qaçışdır,

Saçlara baxıram,

hanı o saçlar?

İllərə baxıram,

Yaş altmışdır.

     

Bu misralardan sonra birdən-birə keçən əsrin yetmişinci illərini xatırladım. “Ədəbiyyat incəsənətqəzetində Şirindilin poeziyada tanınmış, kifayət qədər çap təbliğ olunan iki şairin şeir kitabları haqqında tənqidi resenziyaları çap olunmuşdu həmin resenziyalar ədəbi ictimaiyyətdə güclü əks-səda oyatmışdı. Çoxu bu məqalələrdən danışırdı. Belə cəsarətli məqalələrə görə onu tərifləyənlər vardı, gizlədim, pisləyənlər, ardınca danışanlar da. Sizə yaxşı məlumdur ki, mətbuatda belə sırf tənqidi yazılar çap olunanda həmin tənqidçinin  yazılarına, bəlkə ondan da kəskin cavablar yazılır, amma Şirindilin məqalələri o qədər tutarlı sərrast idi ki, tənqid olunan müəlliflər yaxud onların tərəfdarları belə bircəsarətdəbulunmadılar.

Şirindil Alışanlının həm o dövrdə, həm indiki məqalə resenziyalarda onun daha çox poeziya tənqidçisi olduğu qənaətinə gəlirsən. Etiraf etmək lazımdır ki, Şirindil poeziyanı yaxşı duyur, onun meyl tendensiyalarını, ayrı-ayrı şairlərin yaradıcılıq dünyasını, fərdi üslub özünəməxsus deyim duyum tərzlərini düzgün müəyyənləşdirir. Mən ayrı-ayrı şairlərin yaradıcılığı haqqında bir yazı yazmağa başlayanda mütləq Şirindilin həmin şairlər haqqında  fikirlərinə nəzər yetirirəm. Bəzən həmin fikirlərlə qeydsiz-şərtsiz razılaşmalı oluram, bəzən isə razılaşmıram. Deyirəm ki, bu, onun fikridir, hörmətlə yanaşıram, amma razılaşmıram. Şirindil deyəndə ki: “Məmməd Araz gerçəkliyin ötəri hadisələri, bir anlıq sevinc kədərindən doğan təəssüratları ilə kifayətlənmir, həyat təzahürlərinə daha çox romantik nəzər salır, bədii ümumiləşdirmələr axtarır. Təbiət, sevgi, intim aləm, ailə-məişət qayğıları belə məqamlarda onun şeirlərində məzmunlu sonluqla yekunlaşdırılır. Onun şeirlərinin çoxunda hər bənd digərinin məntiqi davamını hazırlayır. M.Arazın şeirlərinə fikri-hissi tamlıq xasdır” - təbii ki, bu mülahizələr M.Araz poeziyasını şərh eləmək üçün hər hansı tədqiqatçıya istiqamət verə bilər. Yaxud, onun çox sevdiyi iki şairin - Hüseyn Arifin Məmməd İsmayılın yaradıcılığına həsr etdiyi məqalələri götürək. Bu iki şair haqqında, onların özünəməxsus yaradıcılığı barədə çoz yazıblar, amma Şirindilin yazılarında həm Hüseyn Arifin, həm Məmməd İsmayılın poeziyasına dəqiq, tənqidi fikrin sanki ümumiləşmiş mövqeyi hiss olunur. H.Arifdən kim yazırsa, onu səmimi təbii şair adlandırır. Şirindil Alışanlı isə sanki bu fikirlərə elmi rəng qatır: “Ənənəyə bağlılığın səciyyəvi, əsas cizgiləri H.Arif poeziyasının bədii ifadəsində daha ahəngdar hiss olunur. Sadəlik, səmimilik, təbiilik rəvanlıq kimi bədii keyfiyyətlərlə bağlı olduğu ədəbi ənənədən süzülüb gələrək şair üçün bir növyaradıcılıq instinktinəçevrilmişdir.

Çox yaxşı xatırlayıram ki, 1983- ildə mən -  Azərbaycanjurnalının tənqid şöbəsinin müdiri kimi  Şirindilə müasir uşaq şeiri barədə bir məqalə yazmağı təklif etdim. Bu təklif onun ürəyincə oldu həmin il jurnalın  iyul sayında Ş.AlışanlınınƏyanilik konkretlik” (Müasir uşaq şeiri haqqında qeydlər) məqaləsi çap olundu. Uşaq ədəbiyyatı həmişə bizim ədəbi prosesin yaralı yeri olub. Şirindil həmin məqaləsində yazırdı: “Son illər çap olunmuş uşaq şeirlərində kəmiyyət keyfiyyətlə müqayisədə üstünlük qazanır bədii materialınbolluğu onun məzmun-forma, janr-üslub axtarışlarını müşahidə etməyə mane olur. Qəribədir ki, heç bir potensial imkanları olmayan bəzi müəlliflər özistedadlarınıbu sahədə sınayırlar.Zahirən müasir baxımdan aktual, zəruri mövzularda  şeirlər yazılır: təbiətin təsviri, humanist hisslərin təbliği, övlad qayğısı, dünyanı dərk etməyə ciddi maraq s. Lakin bütün bu mövzuların müasir poetik səviyyədə ifadəsinə az şeirlərdə rast gəlirik. Mövzu özünün uğurlu poetik ifadəsini tapmırsa, onunfövqəladə aktuallığıbelə heç bir əhəmiyyət kəsb etmir. Dərin hiss səmimiyyətdən, təbii xəlqi dildən məhrum şeir çətin ki, uşaq qəlbinə yol tapa”.

Burada bir məqamı da qeyd eləmək istəyirəm. Şirindil Alışanlı haqqında söz açdığı, yaradıcılığına müraciət etdiyi hər bir şairin poeziyasındakı şah damarı tutmağa çalışır deyim ki, əksər hallarda buna nail olur.  Məsələn, S.Vurğun ədəbi məktəbinin nümayəndəsi sayılan Adil Babayev haqqında onun fikir mülahizələri maraqlıdır.  Gerçəkliyin müxtəlif tərəflərinə poetik müdaxilədə onun rəhbər tutduğu əsas bədii-estetik prinsip öz həmsöhbətinin qəlbinə işıqlı, nikbin fikirlər, hisslər aşılamaq idi”-bu cümlə Adil Babayevin poeziyasının əsas axarını müəyyənləşdirməyə yardımçı olur. Doğrudan da, Adil Babayevin şeir yaradıcılığı, xüsusilə sonetləri oxucuda belə bir təsəvvür yaradır ki,bu şair ancaq zərif işıqlı hissləri tərənnüm etmiş, kədərdən, qəmdən yazanda da o hissləri tərk etməmişdir. 

Ədəbi tənqidin nisbətən az diqqət yetirdiyi, son zamanlar isə demək olar ki, unutduğu bir mövzuya da Ş.Alışanlı neçə il öncə müraciət etmiş, “Poema: janrın poetik sərhədləriadlı geniş məqaləsində bir tənqidçi kimi vaxtında münasibətini bildirmişdir. Bu məqaləni keçmişin məqaləsi hesab etmək orada qaldırılan məsələlərin artıq köhnəldiyini elan etmək qətiyyən doğru olmazdı. Bu yazıda Ş.Alışanlı bir neçə missiyanı üzərinə götürür: Birincisi; Azərbaycan poeziyasında uzun əsrlik bir zaman müddətində bu janrın keçdiyi inkişaf yollarını nəzərdən keçirir, POEMA ƏNƏNƏSİNİN yarandığını misallarla sübut edir. İkincisi; məqalənin yazıldığı illərdə Ümumittifaq mətbuatında poema janrı ilə bağlı diskussiyalara münasibətini bildirir. Üçüncüsü; müasir poemalarda diqqəti cəlb edən keyfiyyət dəyişikliklərindən söz açır. Dördüncüsü: müasir Azərbaycan poemasını səciyyələndirən cəhətlər üzərində dayanır, bu sahədə uğurlu nümunələrin yarandığını qeyd etməklə yanaşı, müəyyən qüsurları da nəzərə çatdırır.Yeri gəlmişkən qeyd edim ki, bu məqalə ilə bağlı müəyyən mülahizələr unudulmaz Xalq şairi Rəsul Rzanı xeyli qane etmişdi. “Bir görüşün tarixçəsiməqaləsində R.Rza ilə görüşdən alınan təəssürat ifadə edilmişdir.

Şirindil Alışanlının maraq dairəsi təkcə poeziya ilə məhdudlaşmır. O, müasir ədəbiyyatın hər sahəsindən (nəsrdən, dramaturgiyadan, publisistikadan)  problemlərindən  (“Milli tarixi ənənələr müasir ədəbiyyatda şəxsiyyət problemi”, “XX əsr Azərbaycan ədəbiyyatı: Tarixi dövrləşdirmənin nəzəri-metodoloji aspektləri”, “XX əsr poeziyasının müasir dərkindəƏdəbi mifamili s.) eyni ilhamla yazır. Xalq yazıçısı İlyas Əfəndiyevin yaradıcılığından söz açanÖtən əsrin bədii salnaməsi”, Elçin nəsrinin poetikasından danışanXalqa sənətə məhəbbətlə”, Sabir ƏhmədlininGedənlərin qayıtmağıromanı ilə bağlı məqalələri, həmçinin görkəmli tənqidçi K.Talıbzadənin ömür yolundan söz açanSönməz ocağın oduportret yazısı tənqidlə publisistikanın vəhdətindən yaranıb. Publisistika ilə tənqidin belə qovuşuğu Şirindilin yazılarına bir şirinlik gətirir.

Yazının əvvəlində qeyd etdim ki, Ş.Alışanlı elmi-nəzəri səviyyəsi ilə seçilən tənqidçilərdəndir.Təbii ki, bu, adının qarşısındatənqidçiyazılan hər bir qələm sahibinə məxsus olan ən zəruri bir keyfiyyət olmalıdır. Ancaq bəzi hallarda bunun əksini görürük.Nəzəri biliklə silahlanmayan bir tənqidçi, bir görürsən ki,müasir lirikanın ya da roman canrınıntaleyinihəll edir. Yaxud hekayə canrının spesifik xüsusiyyətlərinə bələd olmayan başqa bir tənqidçi bu mövzuda az qalaprofessionalnəzəriyyəçi kimi söz demək istəyir. Təbii ki, onların nəzəri biliyə əsaslanmayan fikir mülahizələri  əsası yox divarkimidir. Şirindilin məqalələrində Azərbaycan ədəbiyyatının inkişaf mərhələləri ədəbi-nəzəri fikrin işığında izlənilir, çünkiElmin tarixi yoxsa, nəzəriyyəsi yoxdur, amma elmin nəzəriyyəsi olmazsa, onun tarixini xəyala belə gətirmək olmaz!” (N.Q.Çernışevski). Ş.Alışanlı çox doğru olaraq qeyd edir ki, humanitar fikrin tarixi dövrləşdirilməsində ən dəqiq meyarlar olmalıdır,ancaq uzun müddət ədəbi prosesin immanent qanunauyğunluqları nəzərə alınmamış, humanitar təfəkkürdə marksist dünyagörüşü ictimai-siyasi amillər rol oynamışdır. Elə bu səbəbdən , XX əsr ədəbiyyatını qiymətləndirməyin metodoloji problemləri düzgün müəyyənləşdirilməmişdir.

Ş.Alışanlı uzun illərdir bədii yaradıcılığın metodu probleminin tədqidilə məşğuldur. Onun fikrincə, sovet dövrü sənətkarlarının yaradıcılıq metodu məsələsinə yenidən qayıtmaq lazımdır. Məsələn, rus tədqiqatçısı Ovçarenko S.Vurğunun yaradıcılıq metodunun romantika olduğunu israr etmişdir. Ş.Alışanlı da bu mövqeyi müdafiə edir yazır ki, S.Vurğun qəhrəmanlarının poetik üslubunun strukturu, bədii intonasiyanın ahəngim, bədii ümumiləşdirmə tipikləşdirmənin səciyyəsi onun sənətini romantik ədəbiyyat kimi dəyərləndirməyə imkan verir. Müəllif doğru olaraq qeyd edir ki, S.Vurğunun yaradıcılıq metodu konsepsiyası əsasən həyatın romantik inikası  məsələlərini əhatə edirdi. Biz bu məsələdə Ş.Alışanlının mövqeyi ilə razılaşırıq. Qeyd edək ki, S.Vurğunun özünün məqalələrində bu məsələyə aydın bir münasibət hiss edilir. O, deyəndə ki, “Xalq qəhrəmanları obrazlarının, fiziki zehni əmək adamlarının obrazlarının bədii ümumiləşdirilməsi nöqteyi-nəzərindən biz hələlik Nizami səviyyəsinə yüksələ bilməmişik”-heç şübhəsiz,ədəbiyyatda romantikanın zəruriliyini təsdiq etmiş olurdu. S.Vurğunun romantik şeir haqqında fikir mülahizələri Sovet yazıçılarının II Ümumittifaq qurultayındakı məruzəsində tam dolğun şəkildə ifadə olundu.

... Çox şadam sevinirəm ki, keçən ilin dekabrında  dostum Şirindil Alışanlı - filologiya elmlər doktoru zirvəsini fəth etdi... Şirindil Müasir humanitar təfəkkür Azərbaycan ədəbiyyatşünaslığımövzusunda doktorluq dissertasiyasını ədəbi-elmi ictimaiyyətin gözü qabağında müdafiə etdi. Belə bir həqiqəti sübut elədi ki, elmi ad-titul əvvəl yox, sonra da gələ bilər. Əsl hünər ondadır ki, o rəsmi zirvəyə qədər sən öz zirvəni fəth edəsən.

Vaqif YUSİFLİ

<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Siyasət | Sosial | Haqqımızda | Əlaqə
© 2012 525.Az.