525.Az

Kölndən Bakıya...

[14.10.12]
Kölndən Bakıya...<b style="color:red"></b>

YOL

 

Yağmurlu bir axşam vaxtı Kölndən ayrıldım. Hər yerə payızın gerçək üzü hakimdi. Soyuq, səssiz cansıxıcı... İstanbulu sadəcə gözlərimlə oxşaya bildim.Vaxt az idi. İlk təyyarəylə Bakıya getməliydim. Biz nədənsə yadlar kimi Azərbaycan Türklərinin Bakı dedikləri şəhərə Bakü deyirik. Halbuki mən belə Bakı adıyla bağlı o qədər bayatı hekayə bilirdim ki. Bayatılardan birinin hekayəsi çox kədərlidir. Azərbaycanlılar üçün bu bayatı bilinən bir bayatıdır, amma Türkiyə oxuyucuları üçün bu bayatını yazmaq istəyirəm.

 Bakıda  özlərindən başqa kimsələri olmayan  iki bacıdan biri ölür o biri bacı onun məzarı başında belə bir bayatı oxuyur;

 

Bakım ağlar,

Şirvanım, Şəkim ağlar

Sən öldün mən ağladım

Mən ölsəm kim ağlar?

 

Bakı sadəcə ölən dünyalara, ölən bacılara deyil, illərlə bu şəhərdə yadların tökdüyü qanlara da ağlamış. Başı bəlalı Bakı zülmlər, soyqırımlar yaşamış. Amma şükür ki, zalımlar da zülmlər gəldikləri kimi yox olub getmişlər. İndi Bakı bağımsız qürurlu bir dövlətin modern paytaxtı...

Gənçlik illərimdə  Bakı haqqındakı fikrimƏli Ninoromanındakı təsvirdən ibarətdi. Yazar Qurban Səid yüz il öncəki Bakını təsvir edərkən neft qoxusu, dəniz, çöl incə biləkli dəvələrdən bəhs edirdi. Gəlib gördükdən sonra o təsvirdən sadəcə neftin qoxusunu burada tapa bildim. çöl vardı, incə biləkli dəvələr... Amma şəhərin hər yerinə hopmuş qardaşlıq duyğuları İstanbulla Bakını könlümdə hər zaman yanyana qoymuşdur. İki şəhərin ayrılmazlığı o iki şəhərin tarixini, dilini, mədəniyyətini yaxından bilənlər tərəfindən daha yaxşı anlaşılmaqdadır.

 

FƏLSƏFƏNİN DİLİ

                

Şəhərə çatan kimi Bakıda yeni tikilmiş ən müasir otellərdən birinə götürüldüm. Orada Türk dünyası filosoflarının toplantısı vardı.  ToplantıTikatərəfindən maliyyələşdirilmişdi rəsmi adıMədəniyyətlər dialoqu şəraitində Türk Dünyasında fəlsəfə mənəvi dəyərlər  idi. Toplantıda bir-birindən dəyərli türkiyəli, azərbaycanlı, qazaxıstanlı elm adamları vardı. İllərdir yorulmadan , usanmadan fəlsəfənin ən önəmli problemləriylə məşğul olan bu mövzuda minlərlə səhifə yazı yazan Prof. Dr. Səlahəddin Xəlilov bu toplantıya ev sahibliyi edirdi. Sadəcə sonuncu gün iştirak edə bildiyim  Ortaq Türk Fəlsəfi Terminologiyasının müzakirə olunduğu toplantıya Qərb fəlsəfəsinin bu günkü vəziyyətindən bir neçə cümlə ilə qatıla bildim. Həm Prof.Dr. Səlahəddin Xəlilov toplantıda iştirak edən Türkiyənin ən önəmli alimlərindən biri olan Prof.Dr. Kənan Gürsoy qarşısında mən fəlsəfə haqqında deyə bilərdim ki?

Səlahəddin bəy toplantı boyu çox gözəl fəlsəfi suallarla dəvətliləri bir xeyli tərlətdi. Varlıq, yoxluq, mənlik, ədalət, ruh bədən mövzuları filosofların diliylə izah edilə-edilə hamısı gəlib eşqin varlığında həyat tapdı.Toplantının sonunda gələcəkdə ortaq bir mətn üzərində çalışma ortaqTürk fəlsəfi terminologiyasımövzusunda fikirlər yürütmək qərarı verildi.Toplantıdan sonra bulvara getdik Xəzərin rüzgarında ruhlarımızı sərinlətdik. O söhbətlərdən ürəyimdə xoş bir səda qaldı. Şair Bakı demiş:”Bakı qalan bu qübbədə xoş bir səda imiş”.

 

SƏNƏT DOSTLUQ

 

O toplantıdan sonra Tərcümə Mərkəzinə gözəl şair  Tofiq Abdin abini görməyə getmişdim. Oradakı qısa söhbət sırasında yazar Saday Budaqlı ilə tanış olmuş, eyni zamanda da şair Zakir Fəxri ilə görüşmüşdüm. ŞairAdiloğlunəşriyyatında yeni çıxmışRekviyemisimli kitabını mənə hədiyyə etmiş bir gün sonra kitabın  keçiriləcək təqdimat mərasiminə  dəvət etmişdi. Eyni gecə kitabı oxuyub bitirmişdim.Təmiz axıcı bir dillə yazılmış kitab sanki ürəkdə bir gəzintiydi. Dərd, kədər, həsrət şair Zakir Fəxrinin diliylə birləşincə bir hüzn buludu yaratmışdı. Şair Musa Yagub, Ramiz Rövşən, Rafiq Əliyev, Cəmil Həsənli,Qulu Məhərrəmli, Saday Budaqlı,Yaşar digər dostlar kitab haqqında anlamlı gözəl sözlər söylədilər. Anladım ki, sənət hər ürəyə ayrı bir həzz verməkdədir.

Ertəsi gün yazının sənətin gücü özünü bir daha göstərdi. Mən Almaniyada ikən  “525-ci qəzetin gənc yazarı Mirbəhram Əzimbəylinin bir yazısı yayınlanmışdı. Ortadoğu Texniki Universitetində oxuyan bu gənc azərbaycanlı, Məmməd Əmin Rəsulzadə haqqında gözəl bir  yazı yazmış məni çox duyğulandırmışdı. O duyğularla ona cavab mahiyyətində eyni qəzetdə bir yazı yazdım. Mən Bakıya gəldiyimdə Bakıda Mirbəhramı deyil, onun gənc, çox təmiz ürəkli bilgili atası Seyid Camalla tanış oldum. Bir neçə saatlıq söhbət bizi bir-birimizə bağladı iki gün üst-üstə bir araya gəldik, unudulmaz söhbətlər etdik. Mirbəhramın anası Sevinc xanım qardaşı Mirrəsulla tanış olduğumda, 19 yaşlarındankı bu gəncin niyə bu qədər duyğulu, dərin içdən yaza bilmə səbəbini öyrənmiş oldum. Azərbaycanda yaşayan əski türk ailə tərbiyəsi əxlaqı şükür ki, davam edir.            

                                        

DOLU

 

Bir gün sonra dəyərli dostum türk dünyasının müasir Övliya Çələbisi professor Elçin İskəndərzadənin bir dəvəti vardı. Amma gözəl Azərbaycanımızda deyildiyi kimi: “Sən saydığını say, gör fələk sayır”...  Ertəsi gün daha gözlərimi açar-açmaz özümü Azərbaycanın ən gözəl şəhərlərindən biri olan Xaçmazda gördüm.Yazar Aqil Abbas bir yerə getməmə fürsət verməmişdi. Xaçmazda Aqil bəyin romanı əsasındaDolufilminin qalası varmış.

Azərbaycanın Gürcüstan Ermənistan sərhədlərinə qədər uzanan bölgələrini ziyarət etmişdim, oraları bilirdim. Amma Quba tərəfinə ilk dəfə gedirdim. Maşınımız Bakıdan uzaqlaşdıqca dağlar yaşıllıqlar başlayırdı. Meyvə səbzəsi bol olan Xaçmaz xalqından bəziləri məhsullarını eynən Anadoluda olduğu kimi yolda qurduğu dəzgahlarda satırdılar.

Saat  13-ə doğru Xaçmaza girdik.Yol boyu ortaq dərdlərimizdən danışmışdıq. Xaçmaza girər-girməz hamımız susqunluğa gömülüb ətrafı seyrə başladıq.Yollar ətrafdakı parklar sanki tarixdən qopub günümüzə gəlmişdi. Heykəllər, fəvvarələr, dincəlmə gəzinti parkları diqqəti cəlb edirdi. Bəlkə dünyanın ən böyük samovar heykəli buradaydı. Gözəl küçələrdən keçərək İcra Hakimiyyətinin binasına girdik. Bizləri Xaçmazın icra başçısı Şəmsəddin bəy qarşıladı. Mənimlə tanış olduqdan sonra İqdırdan İqdırda keçirdiyi dostluq dolu günlərindən danışdı. Filmin qalası saat 15- Mədəniyyət Sarayında olacaqdı. İcra hakimiyyətində çox oturmadan Şəhidlər Xiyabanına getdik. Bu kiçik şəhərin tam 247 şəhidi varmış. Şəhidlər Xiyabanının girişində ucaldılmış böyük ana heykəli sanki qollarını açmış, o gəncəcik yaşlarında Vətən üçün canlarından keçən 247 şəhidi qucaqlamışdı. Şəhidlər Xiyabanına qərənfillər düzüb Mədəniyyət Sarayına geri döndük. Mədəniyyət Sarayının salonu tamaşaçıyla dolu idi. Azərbaycanda Qarabağ savaşı üzərinə çəkilmiş ən son iddialı filmlərdən biri olanDolufilminin rejissoru Azərbaycanın tanınmış rejissorlarından Elxan Cəfərov, prodüsseri Nadir Mehdiyevdir. Baş rollarda isə Məmməd Səfa, Gülzar Qurbanova, Şamil Süleymanov, Rza Rzayev kimi artistlər rol almışlar.

Yaxşı çəkilmiş savaş səhnələri, duyğulu dialoqlar süjet xətti, salonu dolduran seyirçilərin filmi bir neçə dəfə alqışlamasına səbəb oldu. Bəzi səhnələrdə hamımızın gözləri yaşardı.Savaşdakı qarışıqlıq, silahsızlıq, ermənilər qarşısındakı qadın uşaqların  pərişan halları, insanların bu uğursuzluqlara rəğmən vətənlərini ən son qanlarına qədər müdafiə etmələri çox diqqətlə seçilmiş mesajlarla izləyicini yormadan ustaca filmə köçürülmüşdü. Özəlliklə bir səhnə məni çox duyğulandırdı. Otağının divarları Ənvər Nuru Paşanın şəkilləri ilə bəzədilmiş qarabağlı gənc əsgərin anasının ona: “Oğlum, türklər hələ gəlmədimi?” sualı ürəyimi yerindən oynatdı. Qardaşın qardaşdan umacağı ancaq bu qədər gözəl ifadə oluna bilərdi.

Filmin ssenarisini yazan Aqil Abbas bəyə bu filmin mütləq Türkiyədə göstərilməsinin gərəkliyini söylədim. İnşallah türkiyəli izləyicilər bu filmi izləyərək Qarabağda nələr olub bitdiyini yaxından görərlər.

Gecə yarısı Bakıya doğru yola düşdük. Söhbətin mövzusu yenə ölkə, millət   gələcəyimizdi. Gec saatda Bakıya qayıtdıq. Olduqca yorulmuşduq. Amma Bakının səmasında dalğalanan üç rəngli bayraq ümidlərimizə ümid qatırdı. Ümidli işıqlı gələcəyə yolçuluq davam edirdi.

Orxan ARAS

<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Siyasət | Sosial | Haqqımızda | Əlaqə
© 2012 525.Az.