525.Az

Fransada koronavirusa yoluxan azərbaycanlıların sayı artdı

[26.03.20]
Fransada koronavirusa yoluxan azərbaycanlıların sayı artdı <b style="color:red"></b>

Fransada 5 soydaşımız koronavirusa yoluxub.

“Report”un Fransa bürosu xəbər verir ki, bu ölkədə virusa yluxan soydaşlarımızdan biri - Paris Azərbaycan Evinin rəhbəri, Fransada Azərbaycanın Dostları Assosiasiyasının baş katibi Mirvari Fətəliyevadır.

Həmvətənlərimizin vəziyyətləri barədə hələlik məlumat yoxdur.

Qeyd edək ki, Fransada son sutka ərzində koronavirusdan 231 nəfər vəfat edib. Beləliklə, ölkədə bu günədək COVID-19 virusundan ölənlərin sayı 1 331 nəfərə çatıb. Yeni virusa yoluxanların ümumi sayı 25 233 nəfərdir. Hazırda 11 539 nəfər xəstəxanalardadır, onların 2 827-si ağır vəziyyətdə reanimasiyaya yerləşdirilib. Ölkədə bu günə qədər 3 900 xəstə sağalaraq evə buraxılıb.


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Siyasət | Sosial | Haqqımızda | Əlaqə
© 2012 525.Az.