525.Az

20 minə yaxın şəxs sürətli koronavirus testindən keçirildi

[26.03.20]
20 minə yaxın şəxs sürətli koronavirus testindən keçirildi<b style="color:red"></b>

Gürcüstanda azərbaycanlıların yaşadığı Marneulidə 15 000, Bolnisidə isə 3400 nəfər şəxs sürtəli koronavirus testindən keçirilib.

APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Kvemo-Kartli qubernatoru Şota Rexviaşvili jurnalistlərə açıqlamasında bildirib.

O qeyd edib ki, sürətli testlərə əsasən, bu vaxta qədər heç kimdə koronavirus aşkarlanmayıb, bu səbəbdən də həmin rayonlarda durumun daha da pisləşəcəyinə dair gözlənti yoxdur.


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Siyasət | Sosial | Haqqımızda | Əlaqə
© 2012 525.Az.