525.Az

Dezinfeksiya mayesinin istehsalına dair təkliflər hazırlandı

[26.03.20]
Dezinfeksiya mayesinin istehsalına dair təkliflər hazırlandı<b style="color:red"></b>

Azərbaycanda ekoloji təhlükəsiz dezinfeksiya mayesinin kütləvi istehsalına dair təkliflər hazırlanıb.

Bunu "APA-Economics"ə layihə rəhbəri Əhəd Bəşirov deyib.

Onun sözlərinə görə, hazırda bununla bağlı müvafiq səhiyyə təşkilatlarına müraciət olunub və operativ qərargaha da təkliflər təqdim olunacaq.

"Neytral anolit" deyilən maddə, epidemiya və pandemiya ilə mübarizədə bir nömrəli dezinfeksiya vasitəsi sayılır. Burada söhbət müxtəlif konsentrasiyada ionlaşdırılmış duzlu sudan gedir. Biz bununla bağlı dövlətdən uyğunluq sertifikatı və ixtira sənədi əldə etmişik. Hazırda "Biosan Eco" adlandırılan bu mayenin kiçik istehsalı mövcuddur. İstehsal həcmi təqribən günə 300 litr təşkil edir. Yaxın iki həftəyə isə bu həcmin 1 tona çatdırılacağı gözlənilir. Əlbəttə ki, bu həcm olduqca azdır və məhsulun kütləvi istehsalına nail olmaq gərəkdir ki, daxili tələbat tam ödənilsin”, - deyə Ə. Bəşirov qeyd edib.

O vurğulayıb ki, məhsulun ölkədə kütləvi istehsalı iqtisadi səmərəlilik baxımından olduqca böyük əhəmiyyət kəsb edir: “Yerli məhsul qiymət baxımından dünyada olan analoqlardan hər litrinə görə 10 dəfəyədək daha ucuz başa gələcək. Nümunə olaraq bildirim ki, Almaniyanın "Anosan" şirkətinin bu növ məhsulunun 1 litri 28 avroya, Türkiyənin "Kristalin" şirkətinin məhsulunun qiyməti isə 30-35 manata başa gəlir. Yerli məhsulun bir litrinin qiyməti isə 3-5 manat civarında olacaq”.


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Siyasət | Sosial | Haqqımızda | Əlaqə
© 2012 525.Az.