525.Az

Peşə təhsili alan əcnəbilərə icazə vəsiqəsinin verilməsinə görə rüsum müəyyənləşir

[25.03.20]
Peşə təhsili alan əcnəbilərə icazə vəsiqəsinin verilməsinə görə rüsum müəyyənləşir<b style="color:red"></b>

Peşə təhsili müəssisələrində təhsil alan əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə vəsiqəsinin verilməsinə və müddətinin uzadılmasına görə dövlət rüsumunun məbləği müəyyənləşir.

APA-nın məlumatına görə, bu, bu gün Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin onlayn sistemlə keçirilən iclasında müzakirəyə çıxarılan “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” qanun layihəsində əksini tapıb.

Layihəyə əsasən, icazə vəsiqəsi 15 iş günü müddətində verildikdə və ya müddəti uzadıldıqda 1 illik 60 manat, 2 illik (müvəqqəti yaşamaq üçün icazə vəsiqəsinin müddəti uzadıldıqda) 120 manat dövlət rüsumu alınacaq. İcazə vəsiqəsi iyirmi iş günü müddətində verildikdə və ya müddəti uzadıldıqda 1 illik 40 manat, 2 illik (müvəqqəti yaşamaq üçün icazə vəsiqəsinin müddəti uzadıldıqda) 80 manat dövlət  rüsumu alınacaq.

Qanun layihəsi Milli Məclisin plenar iclasına tövsiyə edilib.


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Siyasət | Sosial | Haqqımızda | Əlaqə
© 2012 525.Az.