525.Az

İtaliyada son sutkada 683 nəfər koronavirusdan ölüb

[25.03.20]
İtaliyada son sutkada 683 nəfər koronavirusdan ölüb<b style="color:red"></b>

İtaliyada son bir gündə yeni növ koronavirusun yaratdığı xəstəlikdən 683 nəfər ölüb ki, bu da bir gün əvvəlki göstəricidən 60 nəfər azdır.

APA “TASS”-a istinadən xəbər verir ki, bu barədə ölkənin Mülki Müdafiə Departamentinin rəsmi nümayəndəsi bildirib.

“Bu gün biz 683 xəstənin ölümünü qeyd etdik. Qurbanların ümumi sayı 7503-ə çatıb. Yoluxmuşların sayı hazırda 57521 nəfərdir. Son gün ərzində 1036 nəfər sağalıb, ümumilikdə 9362 xəstə virusdan xilas olub”, - məlumatda belə deyilir.

Bundan əvvəlki gün 743 nəfər virusdan ölmüşdü. Pandemiyanın başladığı ilk gündən bəri ölənlər və sağalanlarla birlikdə bu virusa yoluxmuşların ümumi sayı 74386 nəfərdir.


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Siyasət | Sosial | Haqqımızda | Əlaqə
© 2012 525.Az.