525.Az

Koronavirusun səthlərdə yaşaya biləcəyi müddət açıqlanıb

[25.03.20]
Koronavirusun səthlərdə yaşaya biləcəyi müddət açıqlanıb<b style="color:red"></b>

Koronavirus səthlərdə 17 gün qala bilər.

APA “RİA Novosti”yə istinadən xəbər verir ki, bu, ABŞ Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzinin hesabatında bildirilir.

Mütəxəssislər üç kruiz gəmisindəki COVID-19-a yoluxma hallarını araşdırıblar. Bildirilir ki, gəmilər müxtəlif ölkələrdən olan səyahətçilərin yerləşdikləri məhdud ərazi olması səbəbindən yoluxucu xəstəliklərin yayılması üçün münbit şərait yaradılır.

Fevral ayında 700-dən çox insanın koronavirusa yoluxduğu “Diamond Princess” kruiz gəmisini araşdırdıqdan sonra elm adamları COVID-19 virusunun iki həftədən çox yaşaya biləcəyi qənaətinə gəliblər. Qeyd edilir ki, sərnişinlər bütün kayutları tərk etdikdən 17 gün sonra da burada SARS-CoV-2 aşkar olunub.


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Siyasət | Sosial | Haqqımızda | Əlaqə
© 2012 525.Az.