525.Az

Uydurma "erməni soyqırımı" İtaliya parlamentində

[13.10.12]
Uydurma "erməni soyqırımı" İtaliya parlamentində<b style="color:red"></b>

İtaliya parlamentinə uydurma “erməni soyqırımı” ilə bağlı qanun layihəsi daxil olub.

APA-nın Ermənistan mətbuatına istinadən verdiyi məlumata görə, layihədə 24 aprelin İtaliyada rəsmi olaraq uydurma “erməni soyqırımı” qurbanlarının xatirə günü kimi qeyd olunması əksini tapıb.

Bu barədə Ermənistan parlamentinin sədri Ovik Abramyanla görüşdə İtaliya-Ermənistan parlamentlərarası dostluq qrupunun rəhbəri, xanım Sandra Dzampa bildirib.

O, erməni xalqının Avropa, xüsusən İtaliya mədəniyyətinə, elminə, iqtisadiyyatına və digər sahələrə verdiyi töhfələri qeyd edib.

“İndi Avropa sizin uzun illər verdiyiniz töhfələrin əvəzini qaytarmalı, dövlətinizin inkişafına dəstək olmalıdır”, - deyə S. Dzampa vurğulayıb.


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Siyasət | Sosial | Haqqımızda | Əlaqə
© 2012 525.Az.