525.Az

Azərbaycanlı rejissor "Beynəlxalq Qızıl Portağal" mükafatını qazandı (FOTOLAR)

[13.10.12]
Azərbaycanlı rejissor "Beynəlxalq Qızıl Portağal" mükafatını qazandı <b style="color:red"> (FOTOLAR)</b>

49-cu Beynəlxalq Antalya Qızıl Portağal Film Festivalında milli və xarici filmlərin tammetraj, qısametraj və sənədli film nominasiyalarının qalibləri elan edilib.

525.az-ın festivalın rəsmi saytına istinadən verdiyi məlumata görə, münsiflər heyətinə Hülya Avşar rəhbərlik edib.  Hüseyn Tabakın “Gözəlliyin on para etməz” filmi müasir dövrün ən aktual problemi olan qaçqınlığı bir uşağın talyində əsl kino diliylə təqdim edə bildiyi üçün “Ən yaxşı film”  seçilib. Eyni zamanda əsas qalib “ən yaxşı ssenari” mükafatını da alıb.

“Ən yaxşı ilk film” nominasiyasına isə “Zərrə” filmi, “ən yaxşı rejissor” isə həmin filmin rejissoru Erdem Tepegöz layiq görülüb.  Filmin sənət rejissoru azərbaycanlı Törə Ağabəyova “Hər gün gördüyümüz dünyanı bizə daha sərt və qavranılan şəkildə göstərən formada qurğuladığı üçün..." festivalın “ən yaxşı sənət rejissoru” nominasiyasında qalib olub.

Ən yaxşı musiqi: “Əlvida Katya” filminin bəstəkarı Tamer Çırav

Ən yaxşı aktrisa: “Əlvida Katya” filmindən Anna Andrusenk

Ən yaxşı aktyor: “Gözəlliyin on para etməz” filmindən Abdulkadir Tuncer

Uzunmetrajlı ən yaxşı beynəlxalq film: “Ağlaya-ağlaya” (Krisztana Deak)

Ən yaxşı qısa film: “Səssiz” (Rezan Yeşilbaş)


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Siyasət | Sosial | Haqqımızda | Əlaqə
© 2012 525.Az.