525.Az

Ərəb ölkələri Liqası Suriyanı Türkiyə ilə danışıqlara çağırdı

[13.10.12]
Ərəb ölkələri Liqası Suriyanı Türkiyə ilə danışıqlara çağırdı<b style="color:red"></b>

BMT-nin Ərəb Ölkələri Liqasının Suriya üzrə xüsusi nümayəndəsi Lakhdar Brahimi rəsmi Dəməşq və Ankaranı danışıqlara səsləyib.

525.az-ın BBC-yə istinadən verdiyi məlumata görə, L.Brahimi iki ölkə arasında davam edən gərginiliyin əsas səbəbini tərəflərin bir araya gələ bilməməsində görüb. Türkiyənin xarici işlər naziri Suriya ilə sərhəddə 5 Türkiyə vətəndaşının öldürülməsindən sonra müəyyən addımlar atıb. BBC-nin verdiyi xəbərdə bu həftə Türkiyə tərəfindən Suriyaya məxsus sərnişin təyyarəsinin yerə endirilməsi qeyd olunub:

“Təyyarədə silah və sürsatlar da aşkar edilib. Lakin rəsmi Dəməşq Türkiyənin bu iddialarını rədd edərək təyyarədə silah-sürsatın olmamasını söyləyib”.

BBC-nin Türkiyədəki müxbiri Ceyms Ronaldın verdiyi məlumatda Türkiyənin Suriya ilə müharibə şəraitində olmaq istəməməsi,lakin son zamanlar baş verən hadisələrin Türkiyəni Suriyaya qarşı ciddi addımlar atmağa vadar etdiyini qeyd edib. Suriya hökumət başçısı Bəşər Əsəd ölkəsində baş verən hadisələrdə Türkiyə, Qətər və Səudiyyə Ərəbistanı günahlandırıb.

Səudiyyə Ərəbistanın xarici işlər nazirinin müavini Əbdül Əziz bin Abdulla da dünya ölkələrini Suriyada axan qanları dayandırmağa çağırıb: “Suriyada tökülən qanları dərhal dayandırmaq lazımdır”. Əbdül Əziz bin Abdulla həmçinin BMT-nin Ərəb Ölkələri Liqasının Suriya üzrə xüsusi nümayəndəsi Lakhdar Brahimini regionda sülh tədbirləri görməyə səsləyib. Qeyd edək ki, bu gün Brahimi ilə Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlunun İstanbulda görüşü nəzərdə tutulub.

Nigar Məhərrəm


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Siyasət | Sosial | Haqqımızda | Əlaqə
© 2012 525.Az.