525.Az

Ancelina Colidən Türkiyəyə çağırış

[12.10.12]
Ancelina Colidən Türkiyəyə çağırış<b style="color:red"></b>

Ancelina Coli Türkiyə-Suriya sərhədinə səfəri haqda danışıb. ABŞ-ın məşhur aktrisası və BMT-nin Ali Komissarlığının xüsusi nümayəndəsi Ancelina Coli və BMT-nin Qaçqınlar üzrə Ali Komissarı Antonio Quterres Türkiyə-Suriya sərhədlərinə səfər edib.

525.az-ın Türkiyə mediasına istinadən verdiyi məlumata görə, “Financial Times”da “Suriya qaçqınlarına sığınacaq verməliyik” başlığı ilə dərc olunan məqalədə nümayəndələr iki ölkənin sərhəddinə etdikləri səfər haqda danışıblar:

“Biz Türkiyə və Suriya sərhədində baş verən hadisələri izləmək üçün iki ölkənin sərhədinə səfər etdik. Qeyd edək ki, ötən ay Suriyada Türkiyənin sərhədini keçmək istəyən 10 min suriyalı vardı. Baş verən hadisələrlə əlaqədar Türkiyənin Suriya ilə sərhədində sabitlik pozulub”.

Nümayəndələr həmçinin Suriya vətəndaşlarının qonşu ölkələrə axını haqda da gözlənilən statistik rəqəmi açıqlayıblar: “İlin sonunadək bu rəqəmin 700 mini ötəcəyi güman edilir”. Nigar Məhərrəm


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Siyasət | Sosial | Haqqımızda | Əlaqə
© 2012 525.Az.