525.Az

Hikmət Hacıyev NTV kanalına müsahibəsində Qarabağ münaqişəsindən danışdı

[14.02.20]
Hikmət Hacıyev NTV kanalına müsahibəsində Qarabağ münaqişəsindən danışdı <b style="color:red"></b>

Türkiyənin nüfuzlu NTV kanalı Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin müsahibəsini yayıb.

AZƏRTAC xəbər verir ki, müsahibədə türkdilli tamaşaçılara Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı mövcud vəziyyət barədə məlumat verilir. Ermənistanın qeyri-konstruktiv mövqeyi ucbatından ötən ili münaqişənin həlli baxımından itirilmiş il kimi dəyərləndirən Azərbaycan Prezidentinin köməkçisi diqqətə çatdırıb ki, təcavüzkar ölkə üzdə özünü sülh tərəfdarı kimi göstərməyə çalışsa da, əslində, işğalçılıq siyasətindən əl çəkmir.

Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı qətnamələrini xatırladan Hikmət Hacıyev vurğulayıb ki, Dağlıq Qarabağ münaqişəsi yalnız mərhələli qaydada həllini tapmalıdır. Çünki bu münaqişənin ortaya çıxardığı və həllini gözləyən mühüm məqamlar var. Bunun üçün, ilk növbədə, işğalçı Ermənistanın hərbi qüvvələri Dağlıq Qarabağ da daxil olmaqla, işğal altında saxlanılan bütün Azərbaycan ərazilərini tərk etməlidir. Sonra bu bölgələrdən məcburi köçkün azərbaycanlılar öz yerlərinə qayıtmalıdırlar. Əgər bu baş verərsə, BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi hüquqi cəhətdən həyata keçirilmiş olar.


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Siyasət | Sosial | Haqqımızda | Əlaqə
© 2012 525.Az.