525.Az

Macarıstan XİN: Budapeşt Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü dəstəkləyir

[14.02.20]
Macarıstan XİN: Budapeşt Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü dəstəkləyir<b style="color:red"></b>

Macarıstan Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü dəstəkləyir.

AZƏRTAC xəbər verir ki, Macarıstanın Xarici İşlər və Ticarət naziri Peter Siyyatro bu gün Budapeştdə keçirilən iqtisadi əməkdaşlıq üzrə Azərbaycan-Macarıstan Hökumətlərarası Komissiyasının 7-ci plenar iclasının gedişi zamanı bu bəyanatla çıxış edib.

“Bu, bizim dürüst və açıq mövqeyimizdir. Bizim münasibətlər məhz bu strateji nöqtə üzərində qurulub”, - deyə Siyyarto əlavə edib.

Xatırladaq ki, bu gün Budapeştdə iqtisadi əməkdaşlıq üzrə Azərbaycan-Macarıstan Hökumətlərarası Komissiyasının iclası keçirilib. İclasda ikitərəfli qarşılıqlı fəaliyyətin gələcək istiqamətləri barədə protokol imzalanıb. Azərbaycan nümayəndə heyətinə ölkənin Əmək və Əhalinin Müdafiəsi naziri Sahil Babayev rəhbərlik edib.


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Siyasət | Sosial | Haqqımızda | Əlaqə
© 2012 525.Az.