525.Az

Azərbaycan UNESCO-nun Hökumətlərarası Komitəsinin 14-cü sessiyasının Bürosunun sədr müavini seçilib

[14.02.20]
Azərbaycan UNESCO-nun Hökumətlərarası Komitəsinin 14-cü sessiyasının Bürosunun sədr müavini seçilib<b style="color:red"></b>

Parisdə UNESCO-nun baş qərargahında qurumun mədəni özünüifadə müxtəlifliyinin qorunması və təşviqi haqqında Konvensiyasının Hökumətlərarası Komitəsinin 14-cü sessiyasının Bürosuna üzvlər seçilib.

AZƏRTAC xəbər verir ki, Azərbaycan Hökumətlərarası Komitənin Bürosunun sədr müavini vəzifəsinə seçilib.

Beləliklə, ölkəmiz UNESCO-nun baş qərargahında qurumun mədəni özünüifadə müxtəlifliyinin qorunması və təşviqi haqqında 2005-ci il Konvensiyasının Hökumətlərarası Komitəsinin 14-cü sessiyasının Bürosunun sədr müavini vəzifəsini bir il müddətində icra edəcəkdir.


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Siyasət | Sosial | Haqqımızda | Əlaqə
© 2012 525.Az.