525.Az

Mədəniyyət naziri və müavinləri bölgələrdə vətəndaşları qəbul edəcəklər

[14.02.20]
Mədəniyyət naziri və müavinləri bölgələrdə vətəndaşları qəbul edəcəklər<b style="color:red"></b>

Fevralın 21-də saat 11:00-da Mədəniyyət naziri Əbülfəs Qarayev tərəfindən Masallı rayon Heydər Əliyev Mərkəzində (Masallı şəhəri, Qarabağ küçəsi 17) Masallı rayonundan olan vətəndaşların qəbulu keçiriləcək.

Nazirlikdən bildirilib ki, həmin gün saat 11:00-da Mədəniyyət nazirinin birinci müavini Vaqif Əliyev Yardımlı rayon Heydər Əliyev Mərkəzində (Yardımlı şəhəri, Heydər Əliyev prospekti 173) Yardımlı rayonundan, Mədəniyyət nazirinin müavini Rafiq Bayramov Cəlilabad rayon Heydər Əliyev Mərkəzində (Cəlilabad şəhəri, Heydər Əliyev prospekti 214) Cəlilabad rayonundan olan vətəndaşları qəbul edəcək.

Vətəndaşlar nazirliyin [email protected] elektron poçt ünvanı, ex.mct.gov.az elektron xidmətlər saytı, telefon məlumat sistemi (çağrı mərkəzi): 147 və ya (012) 493-92-17 (əlaqələndirici şəxs: Pərviz İsgəndərli - Regional siyasət şöbəsinin müdiri) və (012) 493-55-21 nömrəli telefonlar vasitəsilə qəbula yazıla bilərlər.

Qəbula gəlmək istəyən vətəndaşlar, həmçinin, yuxarıda adları qeyd olunan rayonların mədəniyyət şöbələrinin əməkdaşları ilə əlaqə saxlaya bilərlər.


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Siyasət | Sosial | Haqqımızda | Əlaqə
© 2012 525.Az.