525.Az

Xoşbəxt və uğurlu uşaq yetişdirməyin modeli təqdim ediləcək

[14.02.20]
Xoşbəxt və uğurlu uşaq yetişdirməyin modeli təqdim ediləcək<b style="color:red"></b>

Aprelin 11-də "Xoşbəxt və Uğurlu Uşaq Yetişdirməyin Modeli" adlı Beynəlxalq Seminar  keçiriləcək.

TAM Teaching Advancement Matrix (Tədrisdə Ali Matriks) tərəfindən təşkil olunan və Azərbaycan Respublikası Təhsil Nazirliyi yanında İctimai Şura tərəfindən dəstəklənən seminarda xoşbəxt və uğurlu uşaqlar yetişdirməyin modeli təqdim ediləcək.

Bu məqsədlə beynəlxalq seminara Türkiyədən tanınmış pedaqoq-alim Dr.Özgür Bolat dəvət edilib. Kembric (doktorantura), Harvard (magistratura), Boğaziçi (bakalavr) universitetlərinin Təhsil fakültəsinin məzunu, "Məni mükafatla cəzalandırma" adlı kitabı ilə Türkiyədə satış rekordları qıran Dr. Özgür Bolat seminardakı çıxışı ilə uşaq təhsili ilə bağlı bildiklərimizi dəyişəcək, doğru bildiyimiz yanlışları göstərəcək, xoşbəxt və uğurlu uşaq yetişdirməklə bağlı praktik təkliflər səsləndirəcək, yeni vizyon formalaşdıracaq.

Seminarda həmçinin, UNİCEF Azərbaycan Nümayəndəliyi təhsil şöbəsinin rəhbəri Leyla Həsənova, Azərbaycan Respublikası Təhsil Nazirliyi yanında İctimai Şuranın sədri, professor Şahlar Əsgərov, TAM Teaching Advancement Matrix-in baş direktoru, təhsil meneceri Cəfər Mənsimi çıxış edəcəklər.

İştirakçılara beynəlxalq sertifikat veriləcək.

Yerlər məhdud olduğu üçün təşkilat komitəsi tərəfindən seçilən şəxslərlə əlaqə saxlanılacaq.

Qeydiyyat linki: https://forms.gle/9rt46V1V6dZLs6bBA

Seminarın keçiriləcəyi məkan haqqında bu yaxında məlumat veriləcək.

Məlumat üçün onu da bildirək ki, "Özünü TAM-amla" şüarı ilə yola çıxan TAM fəlsəfəsinə görə, cəmiyyəti TAM-amlayan ən önəmli vasitəçi müəllimdir. Müəllimin məqsədinin reallaşması üçün öncə onun özünü TAM-amlaması lazımdır. Bunun üçün müəllim özünün, eləcə də şagirdinin TAM-ını bilməlidir. Yalnız belə olduqda effektiv öyrənmə reallaşır.

Bu fəlsəfə ilə formalaşan TAM-ın (Teaching Advancament Matrix) əsas məqsədi müəllim peşəkarlığını yüksəltmək, müəllimlərin şəxsi və pedaqoji inkişafını dəstəkləmək, yerli və beynəlxalq təhsil işçilərinin əməkdaşlıq və təcrübə mübadiləsini təşkil etmək, müəllimlərin özlərini inkişaf etdirməsinə şərait yaratmaq, təhsildə kreativ yanaşamaları artırmaqdır.

TAM-ın simvolu nar çiçəyidir. TAM komandasına görə, nar çicəyi dinamikliyi və tamlığı əks etdirir.


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Siyasət | Sosial | Haqqımızda | Əlaqə
© 2012 525.Az.