525.Az

Dövlət qulluğu üzrə müsahibədə 48 namizəd müxtəlif vəzifələrə uyğun bilinib

[14.02.20]
Dövlət qulluğu üzrə müsahibədə 48 namizəd müxtəlif vəzifələrə uyğun bilinib<b style="color:red"></b>

Ümumilikdə 30 dövlət orqanında 136 vakant vəzifənin tutulması üçün Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən ötən il noyabrın 5-də elan olunmuş müsabiqə üzrə müsahibə davam edir.

AZƏRTAC DİM-in fevralın 13-ü saat 12:10-a olan göstəricilərinə əsasən xəbər verir ki, müsahibədə indiyədək 48 nəfər uğur qazanıb. Onlardan 17-si Maliyyə Nazirliyində, 11-i Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyində, yerdə qalanlar isə digər qurumlarda müxtəlif vəzifələrə uyğun bilinib.

Xatırladaq ki, müsahibədə iştirak etmək üçün 855 nəfər sənəd verib. Müsahibə fevralın 28-də başa çatacaq.


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Siyasət | Sosial | Haqqımızda | Əlaqə
© 2012 525.Az.