525.Az

Hava şəraiti ilə əlaqədar Bakının əsas yollarında sürət həddi endirilib

[14.02.20]
Hava şəraiti ilə əlaqədar Bakının əsas yollarında sürət həddi endirilib<b style="color:red"></b>

Hazırda müşahidə edilən yağışlı hava şəraiti ilə əlaqədar Heydər Əliyev prospekti-Hava limanı-Bilgəh və Zığ yolu-Hava limanı avtomagistrallarında bütün zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib.

Bu barədə APA-ya Bakı Nəqliyyat Agentliyindən bildirilib.

Xəbərə görə, məqsəd bu cür hava şəraitində hərəkətin təhlükəsizliyini təmin etməkdir. "Sürücülərə hərəkətdə olan zaman sürət həddinə əməl etmələri və metereoloji amilləri nəzərə almaları tövsiyə edilir", - deyə BNA-dan bildirilib.


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Siyasət | Sosial | Haqqımızda | Əlaqə
© 2012 525.Az.