525.Az

Narkotik vasitələrlə mübarizəyə din xadimləri cəlb ediləcək

[13.02.20]
Narkotik vasitələrlə mübarizəyə din xadimləri cəlb ediləcək<b style="color:red"></b>

Bu il narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi, həmçinin sui-istifadəsi ilə əlaqədar mübarizəni gücləndirmək məqsədi ilə regionlarda mütəmadi keçiriləcək tədbirlərə din xadimləri cəlb ediləcək.

APA-nın məlumatına görə, bu, Daxili İşlər naziri, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı    Mübarizə üzrə Dövlət Komissiyasının sədr müavini Vilayət Eyvazovun təsdiqlədiyi "Azərbaycan Respublikası Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının 2020-ci il üçün İş Planı"nda əksini tapıb.

Sənədə əsasən, şəhər və rayon İcra hakimiyyətlərində fəaliyyət göstərən Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə komissiyalar, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi il ərzində mütəmadi olaraq narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi, həmçinin sui-istifadəsi ilə əlaqədar mübarizəni gücləndirmək məqsədi ilə regionlarda müzakirələr aparılması, vətəndaş cəmiyyəti institutlarının iştirakının genişləndirilməsi, belə tədbirlərə din xadimlərinin cəlb edilməsini təmin etməlidir.


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Siyasət | Sosial | Haqqımızda | Əlaqə
© 2012 525.Az.