525.Az

Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədri Tovuzda vətəndaşlarla görüşüb

[13.02.20]
Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədri Tovuzda vətəndaşlarla görüşüb<b style="color:red"></b>

Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədri Əhməd Əhmədzadə fevralın 13-də Tovuz şəhərində Tovuz və Şəmkir rayonlarının sakinlərini fərdi qaydada qəbul edib.

Qəbuldan əvvəl Əhməd Əhmədzadə və Tovuz Rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədov ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib, abidə önünə gül dəstələri düzərək Ulu Öndərin əziz xatirəsinə ehtiramlarını bildiriblər.

Müraciətlər əsasən suvarma suyuna tələbatın ödənilməsi, nov kanallarının qurulması, nasos stansiyaların tikintisi, yeni subartezian quyularının qazılması, suvarma kanallarının beton üzlüyə alınması, həmçinin Cəmiyyətin səlahiyyətlərinə aid olmayan müxtəlif məsələləri əhatə edib.

Qəbulda hər bir vətəndaşın müraciətini dinləyən Ə.Əhmədzadə şikayətlərin qısa müddətdə araşdırılaraq zəruri tədbirlərin görülməsi barədə qəbulda iştirak edən məsul işçilərə müvafiq tapşırıqlar verib. Vətəndaşlar tərəfindən qaldırılan məsələlərin bir qismi yerində həll olunub, araşdırılmasına ehtiyac olan müraciətlər nəzarətə götürülüb.

Sakinlər bölgələrdə vətəndaşların qəbulu və müraciətlərinə baxılması üçün rahat və əlverişli şərait yaradılmasından razılıqlarını dilə gətirərək, göstərilən diqqət və qayğıya görə möhtərəm Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.

Qeyd edək ki, eyni gündə Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədr müavinləri Rafiq Aslanov Ağstafa rayonunda, Zakir Quliyev isə Qazax rayonunda vətəndaşları fərdi qaydada qəbul edib, onların müraciət və şikayətlərinə baxılıb.


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Siyasət | Sosial | Haqqımızda | Əlaqə
© 2012 525.Az.