525.Az

Kazanda qəzaya uğrayan təyyarədə həlak olanlar arasında prezidentin oğlu da var

[18.11.13]
Kazanda qəzaya uğrayan təyyarədə həlak olanlar arasında prezidentin oğlu da var<b style="color:red"></b>

Tatarıstanın Kazan şəhərində baş verən təyyarə qəzası zamanı Tatarıstan Respublikasının prezidentinin oğlu və respublikanın Federal Təhlükəsizlik Xidmətinin rəisi də həlak olub.

APA-nın Rusiya bürosunun verdiyi məlumata görə, Tatarıstan avikompaniyasının açıqladığı siyahıda  Tatarıstan prezidentinin oğlu İrek Minnixanov və FTX rəisi Anleksandr Antonovun adları göstərilib.
 
Qeyd edək ki, bu gün Moskva vaxtı ilə saat 19:25-də Kazan şəhərində “Boinq-737” tipli sərnişin təyyarəsi qəzaya uğrayıb. Domodedovo aerportundan qalxan Moskva-Kazan aviareysi ilə hərəkət edən “Boinq-737” sərnişin təyyarəsi Kazan beynəlxalq hava limanıne enərkən eniş zolağında qəzaya uğrayıb. Qəza nəticəsində 6-sı ekipaj üzvü olmaqla 50 nəfər həlak olub.
 
Rusiya Fövqəladə Hallar Nazirliyi qəza zamanı təyyarədə olanların hamısının həlak olduğunu bildirib.
 
Qəzaya ilkin səbəb kimi ekipajın səhvinin olduğu göstərilir.


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Siyasət | Sosial | Haqqımızda | Əlaqə
© 2012 525.Az.