525.Az

Konstitusiya Məhkəməsi Palatasının növbəti iclası keçirilib

[15.01.20]
Konstitusiya Məhkəməsi Palatasının növbəti iclası keçirilib<b style="color:red"></b>

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Palatasının növbəti iclası keçirilib.

Konstitusiya Məhkəməsinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, iclasda Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin VI hissəsinə və "Konstitusiya Məhkəməsi haqqında" Qanunun 7.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1134-cü, 1146-cı və 1252-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Ali Məhkəməsinin müraciətinə baxılaraq, Konstitusiya Məhkəməsi Plenumunun icraatına qəbul olunması haqqında qərardad çıxarılıb.

Müraciətə mahiyyəti üzrə, tərəflərin iştirakı ilə Konstitusiya Məhkəməsi Plenumunun fevralın 7-nə təyin edilmiş iclasında baxılacaq.


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Siyasət | Sosial | Haqqımızda | Əlaqə
© 2012 525.Az.