525.Az

"İsmətli arvadbazın vəsiyyəti" Rus Dram Teatrının səhnəsində

[13.11.13]
"İsmətli arvadbazın vəsiyyəti" Rus Dram Teatrının səhnəsində<b style="color:red"></b>

Dekabrın 21-22-də Səməd Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrı əfsanəvi "Amfibiya adam" filminin qəhrəmanı, Rusiya Federasiyasının Xalq artisti Vladimir Korenevi "İsmətli arvadbazın vəsiyyəti" super komediyasında təqdim edəcək. Teatrın mətbuat xidmətindən verilən məlumata görə, komediyanın müəllifi Anatoli Krım, tamaşanın rejissoru Pyotr Orlovdur.

Səhnə əsərində Rusiyanın məşhur kino və teatr aktyorları, o cümlədən Sergey Qluşko (Tarzan kimi tanınan), dövlət teatrının aparıcı aktyorları Marianna Romanova və Filip Aleksandrov yer alıb. Müasir Ukrayna nasiri və dramaturqu Anatoli Krımın Don Juanı qadınlardan qaçmır. Onların sayı 617 olmuş və hər birini dəli kimi sevsə də, heç birinə sahib olmayıb. İntriqa, incə yumor, rejissor tapıntısı, təkrarsız aktyor ansamblı, zərif səhnə quruluşu, kostyumlar və orijinal musiqi tamaşaçıların ürəyincə olacaq.

S.ABDULLAYEVA


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Siyasət | Sosial | Haqqımızda | Əlaqə
© 2012 525.Az.