525.Az

Gürcüstan prezidenti Azərbaycan filmlərində çəkilən aktrisanı ordenlə təltif edib

[15.01.20]
Gürcüstan prezidenti Azərbaycan filmlərində çəkilən aktrisanı ordenlə təltif edib<b style="color:red"></b>

Gürcüstan prezidenti Salome Zurabişvili ölkənin xalq artisti Ariadna Şengelayanı "Şərəf" ordeni ilə təltif edib.

"Report"un yerli bürosu xəbər verir ki, kinoaktrisaya mükafat onun 83 illiyinə həsr olunan tədbirdə təqdim olunub.

A.Şengelaya bu mükafata Gürcüstanın kino sənətinin inlişafına verdiyi töhfələrə görə layiq görülüb.

Qeyd edək ki, aktrisa yanvarın 13-də 83 yaşını qeyd edib. Həmin gün Tbilisidə Rustaveli kinoteatrının qarşısında onun adına ulduz açılıb.

A.Şengelaya Azərbaycanın "Romeo mənim qonşumdur" filmində Nona, "Bizi bağışlayın" filmində Klara, "Ən vacib müsahibə" filmində isə Səidə rollarında çəkilib.


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Siyasət | Sosial | Haqqımızda | Əlaqə
© 2012 525.Az.