525.Az

Silahlı Qüvvələrin Baş Qərargah rəisi NATO-nun mənzil-qərargahında keçirilən iclasda iştirak edib

[14.01.20]
Silahlı Qüvvələrin Baş Qərargah rəisi NATO-nun mənzil-qərargahında keçirilən iclasda iştirak edib<b style="color:red"></b>

Yanvarın 14-də Azərbaycan Respublikası Müdafiə nazirinin birinci müavini – Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıkov NATO-nun Belçikanın paytaxtı Brüsseldəki mənzil-qərargahında Alyansın Hərbi Komitəsinin “Qətiyyətli Dəstək” formatında Baş Qərargah rəisləri səviyyəsində keçirilən iclasında iştirak edib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, iclasda təlim, dəstək və məsləhət üzrə NATO-nun başçılığı altında aparılan “Qətiyyətli Dəstək” missiyasının cari vəziyyətinə dair müzakirələr aparılıb və missiyanın gələcək inkişafı üzrə müvafiq qərarlar qəbul olunub.


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Siyasət | Sosial | Haqqımızda | Əlaqə
© 2012 525.Az.