525.Az

Ziya Zakir Acar: "Azərbaycana aid medala sahib olmaq şərəfli və məsuliyyətlidir"

[14.01.20]
Ziya Zakir Acar: "Azərbaycana aid medala sahib olmaq şərəfli və məsuliyyətlidir"<b style="color:red"></b>

“Azərbaycan Respublikasının diplomatik xidmət orqanlarının 100 illiyi (1919-2019)” yubiley medalına sahib olmaq şərəfli və məsuliyyətlidir.

Bu fikri AZƏRTAC-a açıqlamasında İğdır-Azərbaycan Dil, Tarix və Mədəniyyət Həmrəyliyini Yaşatma və Dəstəkləmə Dərnəyinin sədri Ziya Zakir Acar deyib.

Azərbaycanın yüksək mükafatı ilə təltif olunmasını həyatının ən xoş anlarından biri hesab etdiyini bildirən Ziya Zakir Acar deyib: “Azərbaycana aid bütün məsələlər həyatımızın və fəaliyyətimizin önündə olub. Heç vaxt Türkiyəni Azərbaycansız təsəvvür etməmişik. Qarabağ Azərbaycan üçün həyati əhəmiyyət daşıdığı kimi, Azərbaycan da Türkiyə üçün eyni məna kəsb edir. Həyat amalımız əməli işimizlə Azərbaycana faydalı və səmərəli olan töhfələr verməkdir. Bu yolda məqsədyönlü fəaliyyətimə verilən yüksək qiymətə görə Azərbaycan rəhbərliyinə təşəkkür edirəm”.


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Siyasət | Sosial | Haqqımızda | Əlaqə
© 2012 525.Az.