525.Az

ADRA ağacəkmə aksiyasına qoşuldu

[06.12.19]
ADRA ağacəkmə aksiyasına qoşuldu <b style="color:red"></b> Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə ölkədə genişmiqyaslı ağacəkmə aksiyası baş tutub.

Aksiyaya bir sıra dövlət qurumları ilə yanaşı Azərbaycan Dövlət Reklam Agentliyi (ADRA) də qoşulub. Ağaclar Abşeron rayonu ərazisində xüsusi ayrılan zonada əkilib.

Agentlik nümayəndələrindən ibarət qrup ADRA üçün ayrılan yerdə ağaclar əkməklə ictimaiyyətin diqqətini yaşıllıqların artırılmasına, ekoloji tarazlığın bərpasına, ətraf mühitin qorunmasına yardımçı olmaq, atmosferi oksigenlə zənginləşdirməyə yönəldib.

Qeyd edək ki, Azərbaycan prezidenti İlham Əliyevin Sərəncamına əsasən, böyük Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsiminin 650 illik yubileyi ilə əlaqədar 2019-cu il “Nəsimi ili” elan olunub. Bu aksiya da birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü ilə mütəfəkkir şair İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə bir gündə respublikamızda 650 min ağacın əkilməsi təşəbbüsü çərçivəsində baş tutub.


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Siyasət | Sosial | Haqqımızda | Əlaqə
© 2012 525.Az.