525.Az

YAP Səbail rayon Könüllülər birliyinin təşkilatçılığı ilə təlim keçirildi - Foto

[19.11.19]
YAP Səbail rayon Könüllülər birliyinin təşkilatçılığı ilə təlim keçirildi - <b style="color:red">Foto </b>

YAP Səbail rayon Könüllülər birliyinin təşkilatçılığı ilə “Layihə formatının hazırlanması”, “Layihənin biznes planın hazırlanması və büdcəsinin tərtib olunması” və “İctimaiyyətlə əlaqələr işinin təşkili” mövzularında təlim keçirildi.

Tədbiri açıq elan edən YAP Səbail rayon Könüllülər birliyinin sədri Rəşad İmanov YAP Səbail rayon təşkilatında gənclər, tələbələr və könüllülər üçün yaradılan şəraitə görə rayon partiya təşkilatının sədri, Milli Məclisin deputatı prof. Şəmsəddin Hacıyevə minnətdarlığını bildirdi və gənclərə fəaliyyətlərində uğurlar arzuladı.

Sonra təlimçi, Bakı Dövlət Universitetinin “Jurnalistika” fakültəsinin IV kurs tələbəsi, PR Academinin məzunu, bir çox layihələrin rəhbəri və meneceri Ümid Orucov “Layihə formatının hazırlanması” və “Layihənin biznes planın hazırlanması və büdcəsinin tərtib olunması” mövzularında auditoriyaya təlim keçdi.

YAP Səbil rayon Könüllülər birliyinin ictimai əlaqələr departamentinin sədri Taleh Mansurov ictimaiyyətlə əlaqələr və ictimai fəaliyyətin təşkili ilə bağlı çıxış etdi. Cənab Prezident İlham Əliyevin imzaladığı “Azərbaycan gəncliyi 2017–2021-ci illərdə” Dövlət Proqramı çərçivəsində ölkədə gənclər siyasəti və gənclərə yaradılan şəraitdən danışan T.Mansurov ictimai fəaliyyətin gənclərin həyatındakı önəmindən bəhs etdi.

Tədbirin sonunda YAP Səbail rayon Könüllülər birliyinin icraçı direktoru Fərid Hüseynquliyev birliyin fəaliyyəti haqqında tədbir iştirakçılarına ətraflı məlumat verdi və gəncləri bu işlərdə yaxından iştirak etməyə dəvət etdi.

Tədbir tələbələrin suallarının cavablandırılması ilə yekunlaşdı.


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Siyasət | Sosial | Haqqımızda | Əlaqə
© 2012 525.Az.