525.Az

Ədliyyə Nazirliyi paket qanun layihələri hazırlayıb

[07.11.19]
Ədliyyə Nazirliyi paket qanun layihələri hazırlayıb<b style="color:red"></b>

“2000-ci ildən qüvvəyə minmiş Mülki Prosessual Məcəlləyə bu ili aprel ayından ötən dövr ərzində dəyişiklik edilməsi barədə 60-a qədər qanun qəbul edilib”.

APA-nın məlumatına görə, bunu bu gün IV Beynəlxalq Bankçılıq Forumunda “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” Azərbaycan Respubliası Prezidentinin fərmanı: yeniliklər və çağırışlar” mövzusunda çıxış edən Ədliyyə  Nazirliyinin İnsan hüquqları və ictimaiyyətlə əlaqələr idarəsinin rəisi vəzifəsini icra edən Aynur Sabitova bildirib.

A. Sabitova deyib ki, ölkədə aparılan geniş miqyaslı iqtisadi islahatlar, mülki dövriyyənin genişlənməsi, ictimai münasibətlərin inkişafı bu sahədə qanunvericiliyin təkmilləşdirilməsini zəruri edib:

“Artıq fərmanda nəzərdə tutulan tapşırığın icrası ilə bağlı paket qanun layihələri hazırlanıb”.


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Siyasət | Sosial | Haqqımızda | Əlaqə
© 2012 525.Az.