525.Az

Belarus səfiri Gəncədə Böyük Vətən Müharibəsi veteranları ilə görüşüb

İKİ GƏNCƏLİ VETERANA BU ÖLKƏNİN MEDALI TƏQDİM OLUNUB


[06.11.19]
Belarus səfiri Gəncədə Böyük Vətən Müharibəsi veteranları ilə görüşüb<b style="color:red"></b>

Gəncədən olan iki nəfər Böyük Vətən Müharibəsi iştirakçısı "Belarusun faşist işğalından azad olunmasının 75 illiyi" Yubiley Medalı ilə təltif olunub. 

Qurban Yusif oğlu Əliyev və Bəylər Abbas oğlu Verdiyevə  medalları Belarus Respublikasının ölkəmizdəki Fövqəladə və səlahiyyətli səfiri Qennadiy Axramoviç təqdim edib.

Səfir  qeyd edib ki, Böyük Vətən Müharibəsində qazanılan qələbədə Azərbaycanın rolu olduqca böyükdür və Azərbaycan nefti qələbənin həlledici amillərindən biri olub.

"Mən vurğulamaq istəyirəm ki, Belarusun alman işğalından azad olunması istiqamətində gedən döyüşlərdə azərbaycanlı əsgərlər öz şücaətləri ilə seçiliblər. Belarus xalqı onların xatirəsini hər zaman əziz tutur. Bu gün mən özüm bura gəldim ki, Böyük Vətən Müharibəsi iştirakçıları ilə şəxsən görüşüm, Belarus xalqı adından onlara dərin minnətdarlıq bildirim", - deyə səfir qeyd edib.

Görüşdə iştirak edən Gəncə Şəhər İcra Hakimiyyəti başçısının müavini Vəfa Abbasova qeyd edib ki, faşizm üzərində tarixi qələbə digər bir çox xalqlar kimi Azərbaycan xalqının da qanı və külli miqdarda maddi sərvətlərinin itirilməsi, böyük məhrumiyyətlər hesabına əldə edilib və bu qələbənin əldə olunmasında böyük qəhrəmanlıq göstərən şəxslərin xatirəsini əziz tutmaq hər birimizin borcudur.

Mərasimdə Azərbaycan Respublikası "Müharibə, Əmək və Silahlı Qüvvələr və Hüquq Mühafizə Orqanları Veteranları Şurası"nın Gəncə şəhər təşkilatının sədri Yusif Məmmədov  və Böyük Vətən müharibəsinin iştirakçısı Tofiq Hüseynov çıxış edərək, öz xatirələrini bölüşüblər, müharibə iştirakçılarına gösətrilən diqqətə görə minnətdarlıq hisslərini ifadə ediblər.

Zakir Muradov
Gəncə


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Siyasət | Sosial | Haqqımızda | Əlaqə
© 2012 525.Az.