525.Az

Tramp: “ABŞ heç vaxt Yaxın Şərqdə olmamalı idi”

[09.10.19]
Tramp: “ABŞ heç vaxt Yaxın Şərqdə olmamalı idi”<b style="color:red"></b>

“ABŞ heç vaxt Yaxın Şərqdə olmamalı idi”.

APA-nın xəbərinə görə, bu barədə ABŞ Prezidenti Donald Tramp “Twitter”də bildirib.

O qeyd edib ki, bir neçə qrup arasında yüz illərdir münaqişələr davam edir.

“ABŞ heç vaxt Yaxın Şərqdə olmamalı idi. Avropanın qəbul etmədiyi İŞİD-çiləri də Türkiyə almalıdır. Bitmək bilməyən səfeh müharibələr bizim üçün artıq başa çatır. ABŞ Yaxın Şərqdə hərbi əməliyyatlara və təhlükəsizliyin bərpası ilə bağlı tədbirlərə 8 trilyon dollar xərcləyib. Bizim minlərlə əsgərimiz ölüb və ya yaralanıb. Digər tərəfdən milyonlarla insan həyatını itirib. Yaxın Şərqdə olmaq ölkə tarixində verilən ən pis qərar idi. Biz yanlış və təsdiqini tapmamış bir arqumentlə - kütləvi qırğın silahlarını (İraq müharibəsini nəzərdə tutur-red) əsas gətirərək müharibəyə getdik. Halbuki bunların heç biri yox idi. İndi biz ehtiyatla və yavaş-yavaş öz əsgərlərimizi geri, evə gətiririk. ABŞ əvvəlkindən daha güclüdür”, - deyə D. Tramp bildirib.


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Siyasət | Sosial | Haqqımızda | Əlaqə
© 2012 525.Az.