525.Az

“Bakı Metropoliteni” maşinist peşəsi üzrə namizədlərin seçiminə başlayır

[08.10.19]
“Bakı Metropoliteni” maşinist peşəsi üzrə namizədlərin seçiminə başlayır<b style="color:red"></b>

"Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyəti hərəkət qatarlarının maşinisti peşəsi üzrə namizədlərin seçimini həyata keçirir.

Qurumdan APA-ya verilən məlumata görə, seçimdə yaşı 24-30 arasında olan, ali texniki və orta texniki təhsilli, ilk peşə ixtisaslı kişi və qadınlar iştirak edə bilərlər.

Seçim müsahibə və psixoloji testlərin keçirilməsi yolu ilə aparılacaq. Uyğun namizədlər tibbi yoxlamadan sonra tədris prosesinə qatılacaqlar. Tədris həm nəzəri, həm də praktiki hissələrdən ibarət olmaqla 5 ay davam edəcək. İmtahanlar həm nəzəri, həm də praktiki məşğələlər üzrə keçiriləcək.

Elektron ərizələr noyabrın 8-dək qəbul ediləcək.


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Siyasət | Sosial | Haqqımızda | Əlaqə
© 2012 525.Az.