525.Az

Parlament Əli Əsədovun baş nazir təyin olunmasına razılıq verdi

[08.10.19]
Parlament Əli Əsədovun baş nazir təyin olunmasına razılıq verdi <b style="color:red"></b>

Azərbaycan Milli Məclisinin bu gün keçirilən plenar iclasında Əli Əsədovun Baş Nazir vəzifəsinə təyin edilməsinə razılıq verilib.

İclasda “Əsədov Əli Hidayət oğlunun Azərbaycan Respublikasının Baş Naziri vəzifəsinə təyin edilməsinə razılıq verilməsi haqqında” məsələ müzakirə edilib.

Çıxışçılar Ə.Əsədovun indiyədək olan fəaliyyətini müsbət qiymətləndiriblər, dövlətçilik ənənələrinə sadiq şəxs olduğunu qeyd ediblər.

Müzakirələrdən sonra sənəd səsverməyə çıxarılaraq qəbul edilib.


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Siyasət | Sosial | Haqqımızda | Əlaqə
© 2012 525.Az.