525.Az

Naxçıvana səfər edən İran vətəndaşları üçün viza rüsumunun məbləği azaldılıb

[08.10.19]
Naxçıvana səfər edən İran vətəndaşları üçün viza rüsumunun məbləği azaldılıb<b style="color:red"></b>

Naxçıvan Muxtar Respublikasına səfər edən İran vətəndaşları üçün viza rüsumunun məbləği azaldılıb.

APA-nın Azərbaycan Xarici İşlər Nazirliyinin Naxçıvan Muxtar Respublikasındakı İdarəsinə istinadən verdiyi xəbərə görə, Culfa, Şahtaxtı, Sədərək sərhəd keçid məntəqələrində, Naxçıvan dəmiryolu stansiyası və Naxçıvan Beynəlxalq hava limanında  İran vətəndaşları üçün 15 gün müddətli birdəfəlik viza rüsumunun məbləği 5 avroya (9.34 manat) endirilib.

Qərar artıq qüvvəyə minib.

Qeyd edək ki, bundan əvvəl İran vətəndaşları 15 gün müddətli 10 avro rüsumlu birdəfəlik giriş icazəsi alaraq muxtar respublika ərazisinə daxil ola bilirdilər.

 


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Siyasət | Sosial | Haqqımızda | Əlaqə
© 2012 525.Az.