525.Az

Tarkandan qızına milyonluq hədiyyə

[11.09.19]
Tarkandan qızına milyonluq hədiyyə<b style="color:red"></b>

Meqastar Tarkan qızı Liya üçün bank hesabı açdırıb.

Axşam.az xəbər verir ki, sənətçi iyul ayında bir yaşı tamam olan qızı üçün ad günü hədiyyəsi olaraq 1 milyon lirə yatırıb. Müğənni bundan sonra həmin hesaba sadəcə qızı üçün pul yatıracaq.

Ötən il Liya ilə daha çox vaxt keçirə bilmək üçün Harbiyədə konsertləri təxirə salan müğənni bu il ciddi hazırlıq içərisindədir. Onun bu konsert proqramlarından 6 milyon lirə qazanacağı bildirilir.


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Siyasət | Sosial | Haqqımızda | Əlaqə
© 2012 525.Az.