525.Az

AQTA əməkdaşları Moldovada keçirilən beynəlxalq tədbirdə

[11.09.19]
AQTA əməkdaşları Moldovada keçirilən beynəlxalq tədbirdə<b style="color:red"></b>

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) mütəxəssisləri Moldovanın paytaxtı Kişinyovda keçirilən Mərkəzi və Şərqi Avropa, Mərkəzi Asiya ölkələrinin, eləcə də Bitki karantini üzrə Avropa və Aralıq Dənizi Təşkilatının (EPPO) ekspert qrupunun iclasında iştirak ediblər.

AQTA-dan verilən məlumata görə, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) və Beynəlxalq Bitki Mühafizəsi Təşkilatının dəstəyi ilə keçirilən tədbirə, ümumilikdə, 27 ölkədən  45  nümayəndə qatılıb.

Tədbirdə iştirakçı ölkələrin hər biri üzrə milli bitki mühafizəsi təşkilatlarının vəzifə öhdəlikləri və səlahiyyətləri, fitosanitar vəziyyəti, beynəlxalq daşımalar zamanı fitosanitar tələblərə əməl olunması, fitosanitar tədbirlər üzrə 5, 8, 15, 38, 42 nömrəli beynəlxalq standartların müasir tələblərə uyğunlaşdırılması, yeni standartların və metodikaların hazırlanması məsələləri müzakirə olunub.

İclasın sonunda növbəti regional tədbirin 2020-ci ilin 1-5 sentyabr tarixlərində Bakıda keçirilməsi qərara alınıb.

CEYHUN


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Siyasət | Sosial | Haqqımızda | Əlaqə
© 2012 525.Az.