525.Az

UNEC-də distant Çin dili kurslarına start verilir

[11.09.19]
UNEC-də distant Çin dili kurslarına start verilir<b style="color:red"></b>

Azərbaycan Dövlət İqtisad Universiteti - UNEC Ekstern Mərkəzi Çin dilini öyrənmək istəyənlər üçün distant dərslərə başlayır.

UNEC-dən verilən məlumata əsasaən, Dərslər Heydər Əliyev Fondu, Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC), Konfutsi İnstitutu və Pekin Xarici Dillər Universitetinin dəstəyi ilə təşkil olunacaq.

Peşəkar müəllimlər tərəfindən keçiriləcək dərslər Çin dilini öyrənməyə yeni başlayan azərbaycanlılar üçün nəzərdə tutulub. Dərslər 1.5 saat olmaqla həftədə 3 dəfə keçiriləcək. Dinləmək, danışmaq, oxumaq və yazmaq dərslərindən ibarət olan Elementar səviyyəni bitirənlər təxminən 2000 sözə, 800 heroqlifə, 30-a yaxın qrammatik xüsusiyyətə və Çin dilinin ümumi qrammatik quruluşuna bələd olacaq. Elementar səviyyəni müvəffəqiyyətlə bitirənlər Çin dilində sadə fikir mübadiləsi aparmaq bacarığına malik olacaq.

Sənəd qəbulu elektron qaydada http://www.kabinet.unec.edu.az linkindən qeydiyyatdan keçməklə həyata keçirilir. Namizədlər tələb olunan sənədləri elektron qaydada təqdim edir və müvafiq tələblərə cavab verdikləri halda proqramda iştirak etmək hüququnu qazanırlar. Proqram sentyabrın 23-dən başlayaraq 3 ay müddətinə təşkil olunacaq. Təlimlər işdən ayrılmadan distant formada təşkil ediləcək və ödənişlidir (ayı 60manat). Proqramı müvəffəqiyyətlə bitirən iştirakçılar Heydər Əliyev Fondu, UNEC və Konfutsi İnstitunun birgə sertifikatı ilə təmin olunacaqlar.

Əhalinin sosial cəhətdən Həssas əhali qruplarından olan şəxsləri Heydər Əliyev Fondu tərəfindən maliyyələşəcək. İlk qrupa sənədlərin qəbulu sentyabrın 9-dan 16-dək aparılacaq. Digər qruplara sənəd qəbulu isə sentyabrın 16-dan oktyabr ayının 14-dək davam edəcək.

Qeyd edək ki, Çin dilini öyrənən tələbələr Çində təqaüd proqramları ilə təhsil almaq şansı əldə edirlər.

S.QARAYEVA


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Siyasət | Sosial | Haqqımızda | Əlaqə
© 2012 525.Az.