525.Az

Səfir: “Donbasda münaqişənin həlli digər münaqişələrin həllinə təkan verəcək”

[10.09.19]
Səfir: “Donbasda münaqişənin həlli digər münaqişələrin həllinə təkan verəcək”<b style="color:red"></b>

Ukraynanın Azərbaycandakı səfiri Vladislav Kanevski ölkəsi ilə Rusiya arasında əsir və girovların qarşılıqlı mübadiləsinə münasibət bildirib.

APA-nın xəbərinə görə, səfir bildirib ki, əsir və girovların dəyişdirilməsi müsbət haldır.

“Bu, Ukrayna üçün vacib amildir. 35 nəfərin Ukraynaya geri dönməsinə baxmayaraq, hələ də 100 nəfərdən çox əsir Rusiya həbsxanalarındadır. Bu mübadilə gələcəkdə Normandiya formatı çərçivəsində danışıqlarında müsbət rol oynayacaq. Donbasda münaqişənin həlli postsovet məkanındakı digər münaqişələrin həllinə təkan verəcək”, - səfir vurğulayıb.


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Siyasət | Sosial | Haqqımızda | Əlaqə
© 2012 525.Az.